Yuxarı

Kiprdən tarixi sülh razılaşmasına reaksiya

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ABŞ Prezidenti Donald Trampın iştirakı ilə tarixi sülh müqaviləsinin paraflanmasını alqışlayırıq.

Axar.az xəbər verir ki, bu barədə Kipr Xarici İşlər Nazirliyi X hesabında məlumat yayıb.

“Bu tarixi razılaşma Ermənistan və Azərbaycan arasında suverenliyin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması əsasında münasibətlərin normallaşması prosesinə tam hörmətlə yanaşmaqla regionda davamlı sülh və əsl rifah üçün təkan və böyük perspektivlər yaradır. Bu razılaşmanın reallığa çevrilməsində oynadığı mühüm rola görə ABŞ Prezidentini təbrik edirik”, - məlumatda bildirilib.

Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri avqustun 8-də Vaşinqtonda “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” sazişi paraflayıblar.

Tarix
2025.08.09 / 18:12
Müəllif
Axar.az
Digər xəbərlər

Tatar da üçtərəfli görüşə biganə qalmadı: Tarixi Bəyannamə...

İlham Əliyev Mirziyayevə zəng etdi

İtaliya XİN: Bakı və İrəvan arasında tarixi razılaşma...

Rusiyadan tarixi razılaşmaya reaksiya: Bizim yardımımızla Qarabağda...

Ərdoğan İlham Əliyevi təbrik etdi: Daim dəstəkləyirik!

İrandan şok: Zəngəzurun açılmasına mane olacağıq...

Normallaşma prosesində Ərdoğanın rolu... - Əliyev

İlham Əliyev Ərdoğana zəng etdi: Tarixi sülh razılaşması...

Tarixi sülh razılaşması Rumıniya mediasında - Foto

Fidandan Zəngəzur açıqlaması: Tezliklə reallaşacaq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla