Yuxarı

Azərbaycan qazı Suriyanın Xüms vilayətinə çatdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan qazı Suriyanın Xüms vilayətinə çatdı

Azərbaycandan gələn təbii qaz Türkiyə–Suriya təbii qaz kəməri vasitəsilə Suriyanın Xüms vilayətinə çatıb.

Axar.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Məlumata görə, Azərbaycan qazı artıq Xüms vilayətindəki "Cender" qaz stansiyasına çatdırılıb.

Buradan qaz paytaxt Dəməşq yaxınlığındakı Nasiriyyə və Təşrin istilik elektrik stansiyalarına yönləndiriləcək.

Suriya enerji nazirinin müavini Qeyyaz Diyab bildirib ki, hazırda gündəlik 1,4 milyon kubmetr qaz ötürülür və bu, 250 meqavat elektrik istehsalına imkan verir. Yeni razılaşma ilə həcmin gündə 6 milyon kubmetrə çatdırılması, evlərə isə gündə 8 saata qədər elektrik verilməsi planlaşdırılır.

Qeyd edək ki, Azərbaycandan Suriyaya ilk qaz axını 2 avqustda başlayıb.

Tarix
2025.08.09 / 19:42
Müəllif
Didəm Qədirova
Digər xəbərlər

İranda aksiyalar vaxtı yandırılan məscidlərin sayı şok etdi

Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib

4 erməni məhbus buna görə qaytarılıb - Saakyan

Rusiya Ukraynada “batır”, Çinin sazişi var - İran təkləndi

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz

Bakıda Hindistanla bağlı konfrans keçirildi

Bakıda Liderlərin Zirvə Görüşü olacaq - İlk dəfə...

TRİPP layihəsi Bakı və İrəvandan asılıdır - Kortunov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla