Yuxarı

Rusiyadan tarixi razılaşmaya reaksiya: Qarabağda...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyadan tarixi razılaşmaya reaksiya: Qarabağda...

Hazırkı Ermənistan–Azərbaycan normallaşması 2020-ci il 9 noyabr tarixində Rusiya­nın birbaşa vasitəçiliyi və mərkəzi rolu ilə ali səviyyədə imzalanmış üçtərəfli bəyanatın qəbulu ilə başlayıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtondakı danışıqlarına dair şərhində bildirilib.

“Yeri gəlmişkən, xatırlatmaq istərdim ki, hazırkı Ermənistan–Azərbaycan normallaşma mərhələsi 2020-ci il 9 noyabr tarixində Qarabağ münaqişəsi zonasındakı atəşkəsin və bütün hərbi əməliyyatların dayandırılması barədə ali səviyyədə qəbul edilmiş üçtərəfli bəyanatla, Rusiyanın birbaşa vasitəçiliyi və mərkəzi rolu ilə start götürüb. Regionda Rusiya sülhməramlı kontingenti yerləşdirilib və bu kontingent vəziyyətin sabitləşməsinə əvəzolunmaz töhfə verib. Xidmət borcunu yerinə yetirərkən həlak olmuş sülhməramlılarımızı həmişə yad edəcəyik”, – diplomat vurğulayıb.

Moskva ABŞ-ın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan rəhbərliyinin Vaşinqtonda keçirilən görüşünü müsbət qiymətləndirir:

“Region təhlükəsizliyi üçün əsas əhəmiyyət daşıyan bu məqsədə nail olmağa kömək edən bütün səyləri ardıcıl şəkildə dəstəkləyirik. Bu baxımdan, Cənubi Qafqaz respublikalarının liderlərinin ABŞ tərəfinin vasitəçiliyi ilə Vaşinqtonda baş tutan görüşü müsbət qiymətə layiqdir. Ümid edirik ki, atılan bu addım sülh gündəliyinin irəliləməsinə kömək edəcək.

Azərbaycan və Ermənistanın barışığı maraqlar balansına əsaslanmalı və regional kontekstə uyğunlaşdırılmalıdır”.

“İki Cənubi Qafqaz respublikası arasında sülhün təmin edilməsində ən mühüm amil Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması barədə sazişin imzalanması və qüvvəyə minməsi olacaq. İki ölkənin barışığı regional kontekstə uyğunlaşdırılmalı və maraqlar balansına, tərəflərin və qonşu dövlətlərin prioritetlərinə şərtsiz hörmət əsasında qurulmalıdır”, – Zaxarova qeyd edib.

Tarix
2025.08.09 / 18:38
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Tahir Qarayev və Sumqayıt şirkətinə sanksiya tətbiq edildi

İslahatların yeni mərhələsi: İki qurum birləşir

Müəllimlər də vahid geyimə keçsə... - Ekspert

Əli Əsədov Özbəkistan prezidenti ilə görüşdü

İlham Əliyev Niderlandın baş naziri ilə danışdı

ABŞ-İran gərginliyi ilə bağlı rəsmi Bakının mövqeyi...

Əli Əsədov Özbəkistana getdi

İlham Əliyev Roma Papasını Azərbaycana dəvət etdi

Prezident Corc Ceykob Kuvakadı qəbul etdi

Bakı 16 ildən sonra yenidən bu tədbirə ev sahibliyi edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla