Yuxarı

Rəqəmsal səyyahlara müjdə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rəqəmsal səyyahlara müjdə

Rəqəmsal səyyahlara vergi güzəştləri olacaq.

Axar.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Valyuta tənzimi haqqında” qanuna, “Banklar haqqında” qanuna və Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb.

Rəqəmsal səyyah rəqəmsal texnologiyalar, süni intellekt texnologiyaları, kibertəhlükəsizlik və innovasiya sahəsində fəaliyyətini informasiya və kommunikasiya texnologiyaları vasitəsilə distant həyata keçirməklə, gəlirini xarici mənbələrdən əldə edən əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdir.

“Valyuta tənzimi haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, rəqəmsal səyyahlar tərəfindən xarici mənbələrdən əldə olunan xarici valyuta vəsaitlərinin (vergi öhdəliklərinin icrası şərtilə) müvəkkil banklardakı hesablarına mədaxili və Azərbaycan Respublikasından köçürülməsi zamanı valyuta tənzimi məqsədləri üçün məbləğ məhdudiyyəti tətbiq edilməyəcək.

“Banklar haqqında” qanuna təklif edilən dəyişikliyə görə, rəqəmsal səyyahlara müvəkkil banklarda hesablar yalnız şəxsiyyəti təsdiq edən sənəd və imza nümunəsi vərəqəsi əsasında açılacaq.

Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, rəqəmsal səyyahın xarici qeyri-rezident müəssisə ilə (və ya sahibkarla) bağladığı əmək və ya mülki-hüquqi müqavilələr əsasında Azərbaycan Respublikasının ərazisində həyata keçirdiyi fəaliyyəti həmin qeyri-rezidentin Azərbaycan Respublikasında daimi nümayəndəliyi hesab olunmur.

Rəqəmsal səyyahın Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən və ya qeydiyyatda olan qeyri-rezident şəxslərlə bağlanmış əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə çərçivəsində əldə etdikləri, habelə Azərbaycan Respublikası mənbəyindən olmayan gəlirləri (gəliri ödəyən qeyri-rezident şəxsin həmin şəxslə qarşılıqlı surətdə asılı olan şəxs olmaması, gəliri ödəyən qeyri-rezident şəxsin benefisiar mülkiyyətçiləri arasında Azərbaycan Respublikasının rezidentlərinin üstünlük təşkil etməməsi və güzəştli vergi tutulan ölkələrdə (ərazilərdə) qeydiyyatda olan şəxs olmaması şərtilə) rəqəmsal səyyah statusunun qüvvədə olduğu müddətdən etibarən 20 (iyirmi) il müddətinə gəlir vergisindən azad olunacaq.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Tarix
2026.07.07 / 13:50
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

Rusiya səfiri XİN-ə çağırıldı - Etiraz

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla