Yuxarı

ABŞ millisini iflic edən Tramp oldu - Ekspert

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ millisini iflic edən Tramp oldu - Ekspert

ABŞ Prezidenti Donald Trampın təzyiqi və tələbi ilə FİFA-nın ABŞ hücumçusu Folarin Baloqunun qırmızı kartını ləğv etməsi birmənalı surətdə futbolun qayda-qanunlarına, təməl və sağlam idman prinsiplərinə tüpürmək demək idi.

Bu sözləri Axar.az-a açıqlamasında idman eksperti Natiq Muxtarlı hücumçunun qırmızı vərəqəsinin ləğv edilməsinə baxmayaraq, ABŞ yığmasının Belçikaya 4:1 hesabı ilə məğlub olması barədə danışarkən deyib.

O bildirib ki, FİFA açıq-aşkar Trampın qarşısında acizdir, gücsüzdür. Yəni Tramp nə istəyirsə, onu da edə bilir:

“Bu qeyri-qanuni tələbi FİFA-nın geri çevirə bilməməsi onu göstərdi ki, artıq futbol qurumları, idman federasiyaları böyük güclərin əlində alətə çevriliblər. Trampın tələbi bütün dünyada böyük rezonans doğurdu, etirazlara səbəb oldu. Oyun isə göstərdi ki, əslində bu qərar ABŞ-ın özünün əleyhinə işlədi.

Niyə? Çünki futbolçu cəzalı idi və cəzalı olduğu üçün də baş məşqçi təbii ki, komandanı həmin hücumçusuz Belçika ilə oyuna hazırlayırdı. Amma oyuna bir gün qalmış, oyun günü Trampın tələbi ilə oyunçunun cəzası ləğv olunur və baş məşqçi artıq oyun sistemini dəyişməyə məcbur qalır.

ABŞ-ın baş məşqçisi də Trampın tələbi ilə cəzası ləğv olunmuş futbolçunu heyətə salmaya bilməzdi. Buna məcbur idi və həmin oyunçunun heyətə salınması ilə sistem tamamilə pozuldu. Belə deyək, ABŞ-ın bu futbolçu ilə oyuna hazırlaşmağa vaxtı olmadı və ABŞ Belçika ilə oyunda özünə bənzəmədi. Bu da bir növ ədalətin bərpası kimi qəbul edildi.

Əslində, Belçikadan o oyunu, sözün düzü, mən gözləmirdim. Çünki Belçika mənim üçün bu çempionatda sirli bir komandadır. Seneqalla oyunda nə qədər zəif komanda idisə, ABŞ-la oyunda möhtəşəm komanda təsiri bağışladı”.

Ekspert hesab edir ki, hücumçunun cəzasının ləğv edilməsi ABŞ millisinə böyük təsir elədi:

“ABŞ-ın məğlub olmasının ən böyük səbəbkarı elə Trampın özüdür. İndi hətta o məğlubiyyətdən sonra belə ABŞ-ı bütün dünyada ələ saldılar. Məşhur ingilis aparıcısı Morqan artıq ABŞ-ı ələ salan paylaşım edib ki, Trampa deyin, nəticəni ləğv eləsin.

Ona görə də futbolda belə təzyiqlərə, güclü müdaxiləyə ehtiyac yoxdur. Futbolda hər şeyi meydandakı rəqabət həll eləməlidir. Kim güclüdürsə, o da qalib gəlməlidir. Sağlam rəqabət olmalıdır.

ABŞ-ın məğlubiyyətinin əsas səbəbkarı isə, yenə deyirəm, Trampdır və ABŞ xalqı Trampdan buna görə hesabat tələb etməlidir”.

Tarix
2026.07.07 / 13:24
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Avropa Birliyinin səfiri Azərbaycan dilini öyrənir

Nəcibə Nəsibova bu universitetə rektor təyin olundu

“Azərpoçt”da böyük kadr dəyişikliyi - Siyahı

İranın AzTV-yə qarşı addımı ilə bağlı bəyanat yayıldı

Bu türk ölkəsi ilə 5 ildə ticarət 13 dəfə artıb

Fransanın bu bəyanatları qəbuledilməzdir - XİN

KMBİ fişinq şəbəkəsinin daha iki üzvü saxlanıldı - DİN

İlham Əliyev bu liderlərlə Qolf Klubunun açılışında - Foto

Axtarışda olan şəxs Azərbaycana ekstradisiya olunur

Çolpon-Atada Əliyevin səfərinə həsr olunmuş banner

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla