Yuxarı

Qaza görə 20 manatlıq rüsum ləğv edilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qaza görə 20 manatlıq rüsum ləğv edilir

Qaz qurğularının xəritələrinə görə dövlət rüsumu ləğv edilir.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.

Belə ki, qanun layihəsinə əsasən, "Dövlət rüsumu haqqında" qanundan qaz qurğularının xəritələrindən (sxemlərindən) istifadəyə görə 20 manat dövlət rüsumunun tutulmasını nəzərdə tutan müddəa ləğv edilir.

Layihə ilə, həmçinin "Energetika haqqında" qanunda terminoloji uyğunlaşdırma aparılır. Belə ki, qanunda "qaz anbarları" ifadəsi "yeraltı qaz anbarları" ifadəsi ilə əvəz olunur.

Qanun layihəsinin arayışında bildirilir ki, dəyişikliklər yeni "Qaz təchizatı haqqında" qanunun icrasının təmin edilməsi məqsədilə hazırlanıb. Yeni qanunda qaz qurğularının xəritələrinin dövlət rüsumu müqabilində sifarişçilərə verilməsi nəzərdə tutulmadığından, müvafiq müddəanın "Dövlət rüsumu haqqında" qanundan çıxarılması təklif edilir.

Tarix
2026.07.07 / 14:20
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla