Yuxarı

Tiflisdən Fatimənin qətli ilə bağlı açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tiflisdən Fatimənin qətli ilə bağlı açıqlama

Tiflisdə Azərbaycan vətəndaşı Fatimə Kərimovanı öldürməkdə şübhəli bilinən Emin Əliyevə qarşı gender bərabərliyinə dözümsüzlük səbəbindən qətl ittihamı irəli sürülüb.

Axar.az APA-ya istinadla xəbər verir ki, bu barədə Gürcüstan Baş Prokurorluğunun yaydığı məlumatda bildirilib.

Baş Prokurorluq müəyyən edilmiş müddət ərzində təqsirləndirilən şəxslə bağlı həbs qətimkan tədbirinin seçilməsi tələbi ilə məhkəməyə müraciət edəcək və ona qarşı axtarış elan olunacaq.

Törədilmiş cinayət əməlinə görə 20 ilə qədər və yaxud ömürlük həbs cəzası nəzərdə tutulur.

Qeyd edək ki, qətl hadisəsi iyunun 25-də baş verib.

Ağcabədi rayon sakini Fatimə Kərimova qohumu Emin Əliyev tərəfindən Gürcüstanda qətlə yetirilib.

Fatimə Kərimova tanışı Kənan Əliyevlə birlikdə Gürcüstana gedib. Məlumata görə, Kənan Əliyev Fatimə Kərimovanın pasportunu cıraraq onun Azərbaycana qayıtmasına mane olub. Azərbaycana qayıda bilməyən Fatimə Kərimova qohumu Emin Əliyevdən kömək istəyib. Emin Əliyev Gürcüstana gedərək Fatiməni boğaraq öldürüb və Gürcüstandan Türkiyəyə qaçıb.

Gürcüstan daxili işlər orqanları E.Əliyev barəsində axtarış elan edib. E.Əliyev Türkiyədə saxlanılıb.

Azərbaycan Baş Prokurorluğu Tiflis şəhərində Azərbaycan vətəndaşı Fatimə Kərimovanın qəsdən öldürülməsi faktı ilə bağlı cinayət işinin ibtidai istintaqının diqqətdə saxlanılması barədə məlumat yayıb.

Tarix
2026.07.07 / 14:38
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla