Yuxarı

Polisin tələbinə riayət etməyən sürücü həbs edildi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yol polisinin qanuni tələbinə riayət etməyən sürücü həbs edilib.

Bu barədə Axar.az-a DYP-dən məlumat verilib.

Bildirilib ki, Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan, dövlət qeydiyyat nişanı olmadan, avtomobilində konstruksiya dəyişikliyi etmiş və sürücülük hüququ məhdudlaşdırılmış "Renault" markalı, 01 CB 813 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə “saxla” işarəsi verilsə də o, buna məhəl qoymayaraq hərəkətini davam etdirib.

Görülən tədbirlər nəticəsində nəqliyyat vasitəsinin sürücüsü Məhəmməd Əzizov saxlanılıb. O, saxlanılan zaman yol polisinin qanuni tələblərinə riayət etmədiyi üçün ərazi polis orqanına təhvil verilib.

Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə M.Əzizov 20 sutka inzibati qaydada həbs edilib.

Tarix
2025.08.09 / 14:49
Müəllif
Axar.az
Digər xəbərlər

Kiprdən tarixi sülh razılaşmasına reaksiya

İrandan şok: Zəngəzurun açılmasına mane olacağıq...

Normallaşma prosesində Ərdoğanın rolu... - Əliyev

İlham Əliyev Ərdoğana zəng etdi: Tarixi sülh razılaşması...

Tarixi sülh razılaşması Rumıniya mediasında - Foto

Fidandan Zəngəzur açıqlaması: Tezliklə reallaşacaq!

İlham Əliyev ABŞ-a səfəri ilə bağlı paylaşım etdi - Video

Kobaxidzedən Vaşinqton görüşünə - Reaksiya

AŞPA sədrindən sülh razılaşması barədə açıqlama

İrəvan və Bakının sülh istiqamətində irəliləyişi... - NATO

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla