Yuxarı

Yol polisi yük avtomobili sürücülərinə çağırış etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş Dövlət Yol Polisi İdarəsi yük avtomobili sürücülərinə müraciət edərək bildirir ki, iri qabarit, yüksək çəki və uzun tormoz məsafəsi bu nəqliyyat vasitələrinin idarəsini digər avtomobillərə nisbətən daha çətin və məsuliyyətli edir. Bu xüsusiyyətlər nəzərə alınmadan hərəkət edilməsi qəza riskini dəfələrlə artırır.

Baş Dövlət Yol Polisi İdarəsindən Axar.az-a verilən məlumata görə, sürət həddinin seçilməsi zamanı hava şəraiti, yol örtüyünün vəziyyəti və daşınan yükün ağırlığı nəzərə alınmalı, qəfil yaranan vəziyyətlərdə vaxtında reaksiya vermək üçün təhlükəsiz məsafə qorunmalıdır. Zolaq dəyişmə, dönmə və digər manevrlər yalnız kifayət qədər yer və vaxt təmin edildikdən sonra icra olunmalıdır.

Yol kənarında dayanma yalnız qanunvericiliklə müəyyən edilmiş yerlərdə həyata keçirilməli, görünüş sahəsini məhdudlaşdıran, hərəkət zolaqlarını daraldan və qəza riskini artıran hallara yol verilməməlidir.

Fasiləsiz hərəkətin uzun müddət davam etməsi sürücünün diqqətini və reaksiya qabiliyyətini azaldır. Bu səbəbdən vaxtaşırı dayanaraq istirahət etmək, səhhətində problem olduğu halda sükan arxasına keçməkdən imtina etmək hər bir sürücünün borcudur.

Unutmayın! Qaydalara riayət olunması yol hərəkətində iştirak edən bütün şəxslərin həyat və sağlamlığının qorunması üçün zəruridir.

Tarix
2025.08.09 / 12:09
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvan və Bakının sülh istiqamətində irəliləyişi... - NATO

Sülhlə bağlı bizə əvvəlcədən məlumat verilmişdi - Fidan

Siyartodan sülh açıqlaması: Tramp bir daha sübut etdi ki...

Gürcüstandan tarixi razılaşma ilə bağlı açıqlama

Bakı ilə İrəvan arasında bəyannamə... - ATƏT PA

Sandu Bakı və İrəvanı təbrik etdi

Qriqoryandan İranla bağlı maraqlı etiraf

ABŞ səfərinin nəticələri: Prezident detalları açıqladı - Video

İlham Əliyev sinqapurlu həmkarını təbrik etdi

Bakı və İrəvanın MQ-nin ləğvi tələbinə Fransadan cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla