Yuxarı

Azəryolservis ASC-dən çat - Açıqlaması

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

O çat köhnədir, panikaya heç bir səbəb yoxdur.

Bu sözləri Azəryolservis ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Bakı-Sumqayıt yolunun Avtovağzal hissəsində yaranmış çatla bağlı Yeni Müsavat-a açıqlamasında səsləndirib.

Anar Nəcəfli bildirib ki, bu haqda onlarda məlumat var və sırası gələndə o problemlər də aradan qaldırılacaq:

"Orda yeni çat yoxdur. Köhnədir. Bununla bağlı məlumatımız var. Panikaya səbəb yoxdur. Orada heç bir təhlükə də yoxdur. Yeni çat deyil. İnsanlar arasında niyə, hansı məqsədlə təşviş yaradırlar, anlamıram. Bu çat Bakıdan Sumqayıta doğru gedən istiqamətdədir. Avtovağzal tərəfdə bərkitmə işləri yekunlaşan kimi həm Sumqayıt istiqamətindən Bakıya giriş tərəf, həm də əksinə, Bakıdan-Sumqayıta gedən tərəfdə olan yolun deformasiyaya uğramış hissələri bərpa ediləcək".

Qeyd edək ki, Bakı-Sumqayıt şosesinin avtovağzal kompleksinə yaxın hissəsində yol yenidən çöküb. Yağan yağış və avtomobillərin yolun çökən hissəsində intensiv hərəkəti nəticəsində çat daha da böyüyüb.

Tarix
2016.02.19 / 16:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla