Yuxarı

Ankara terrorunu “törədən” jurnalist danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ankara terrorunun YPG tərəfindən törədilməsi barədə xəbərlər yayıldıqdan sonra diqqəti PYD-dən yayındırmaq üçün PKK-ya yaxınlığı ilə tanınan "Fərat" agentliyi hücumun TAK təşkilatı tərəfindən törədildiyini açıqlayıb və "terrorçunun" şəklini yayıb.

Axar.az xəbər verir ki, terror təşkilatına yaxınlığı ilə seçilən bir internet saytında hücumu reallaşdıran şəxsin Əbdülbaki Sönməz olduğu iddia edilib və terrorçuya məxsus fotoşəkil paylaşılıb.

Lakin təşkilatın paylaşdığı şəklin gerçək olmadığı aydnlaşıb. Fotoşop proqramı ilə düzəldilən görüntünun Şəfəq İnan adlı jurnalistə məxsus olduğu təsbit edilib.

Digər tərəfdən terror təşkilatının fotoşəkildə şəxsin bədəninin baş qismini bütöv dəyişdirib. Bundan başqa rənglərin qeyri-peşəkarlıqla seçilməsi fotonun saxta olduğunu sübut edir.

Türkiyə mediasına açıqlama verən Şəfəq İnan həmin fotoşəkildən uzun illərdir istifadə etdiyini deyib:

"Həmin fotoşəkili 2010-cu ildən bəri bütün köşə yazılarımda istifadə edirəm. Qəsdən seçildiyimi düşünürəm".

Xatırladaq ki, fevralın 17-də Ankarada törədilən terror aktı nəticəsində 29 nəfər ölüb, 61 nəfər isə yaralanıb.

Tarix
2016.02.20 / 13:57
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla