Yuxarı

Fond rəhbəri dollar əmanətlərindən danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il martın 2-dən 2019-cu il martın 1-dək banklarda yerləşdirilən bütün əmanətlər qorunur və tam sığortalanır.

Axar.az-ın məlumatına görə, bu barədə Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) icraçı direktoru Azad Cavadov mətbuat konfransında məlumat verib.

Fond rəhbərinin sözlərinə görə, "Əmanətlərin tam sığortalanması haqqında" qanuna müvafiq olaraq, əmanətlər üzrə tam sığorta müddəti 3 ildir. Bu müddətdən sonra həmin əmanətlər üzrə kompensasiyalar əvvəlki məbləğdə, yəni 30 min manat məbləğində ödəniləcək. Fondun Himayəçilik Şurasının martın 1-də keçirdiyi iclasında qəbul olunmuş qərara əsasən, martın 1-dən xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 3 %, milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 12 % müəyyən edilib. Həmin gündən üzv banklarda yeni qəbul edilən əmanətlər üzrə illik faiz dərəcəsi xarici valyutada 3 %-dən və milli valyutada 12 %-dən yuxarı olarsa, bu əmanətlər fond tərəfindən sığorta olunmur və onlara görə kompensasiya ödənilmir.

"Əgər əmanətçi martın 1-də əmanətini 12% ilə dollarda yerləşdiribsə, bu əmanət qorunur və sığortalanır. Əgər əmanətçinin yerləşdirdiyi əmanətin məbləği 30 min manatdan artıqdırsa, bu zaman o, əmanətini dollarda 3% ilə yerləşdirməlidir. Əgər 100 min manat yerləşdiribsə, onun əmanəti qorunur və sığortalanır. Çünki manatda faiz dərəcəsi dəyişməyib, limit aradan qaldırılıb. Yəni Azərbaycan manatında qəbul olunmuş əmanətçilərin əmanətlərində faiz dərəcəsi qorunan əmanətçilər üçün dəyişməz qalıb - 12%. Manatda olan qorunan əmanət üçün maksimum məbləğ 30 min manat idisə, yeni qanunla əmanətlər üçün məbləğ məhdudiyyəti aradan qaldırılıb", – A.Cavadov qeyd edib.

Tarix
2016.03.03 / 17:21
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla