Yuxarı

Hətta Türkiyədə də ermənilərə uduzuruq - Ekspert

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hətta Türkiyədə də ermənilərə uduzuruq - Ekspert

Mətbəximizin, mədəniyyətimizin təbliği ilə Turizm Agentliyi məşğul olmalıdır, amma təəssüf ki, bunu etmir.

Bu sözləri Kult.az-a açıqlamasında mətbəximizin xarici ölkələrdə kifayət qədər təbliğ olunmaması ilə bağlı kulinarist Tahir Əmiraslanov deyib.

“Sizə deyim ki, Türkiyə həm də dünyada elə öz mətbəxinə görə tanındı. Bu, birmənalı təbliğatla bağlıdır. Konkret olaraq ekspansiv təbliğat lazımdır. Məsələn, Fransa, İtaliya bunu edir. Yunanıstanda, İtaliyanın özündə bir ildə 600-ə yaxın mətbəx festivalı keçirilir. Dünyanın harasına getsəniz, türk mətbəxini də görə bilərsiniz. Təbliğat başqa necə olur ki? Məsələn, Əminə Ərdoğan “Türk mətbəxi” adında kitab çap edir. Bundan böyük təbliğat varmı? Bizdə bununla bağlı işlər görülüb, amma bilinən və bilinməyən səbəblərdən yarımçıq qalıb. Heydər Əliyevin 2000-ci ildə bununla bağlı 596 nömrəli sərəncamı var idi. Orada xarici ölkələrin böyük şəhərlərində Azərbaycan mətbəxi, restoran şəbəkələrinin yaranması ilə əlaqədar bir bənd var idi. Amma bunu həyata keçirmədilər. Hətta hansı ölkəyə getsəniz, elə qardaş Türkiyədə də, “erməni mətbəxi” görəcəksiniz. Halbuki o mətbəxin ermənilərə aidiyyəti yoxdur. Neçə ildir, ermənilərin yemək iddiaları ilə bağlı bir cavab kitabı belə çıxmır. Niyə? Axı dövlət bu agentliyi həm də bundan ötrü yaradıb”.

Ekspert bildirib ki, bunun bir günahı da azərbaycanlıların özündədir:

“Azərbaycanlılar xaricə gedəndə Azərbaycan mətbəxini az axtarırlar. Xaricdə görsələr ki, hər gələn bu mətbəxi axtarır, tələbat var, mütləq Azərbaycan yeməklərini də menyularına daxil edərlər. Bilirsiniz, adicə bir yalanı belə daim deyəndə həqiqətə çevrilir. Ermənilər bütün məsələlərdə, o cümlədən mətbəx söhbətlərində bununla məşğuldurlar. İctimai təşkilatlar dövlət tərəfindən doğru yönəldilməlidir, real işlər görülməlidir. Hər dəfə niyə belədir, niyə yoxdur sözləri ilə şikayətlənsək də, heç nə əldə edə bilməyəcəyik“.

Tarix
2024.04.16 / 11:07
Müəllif
Orxan Saffari
Digər xəbərlər

Almaniya Bakı-İrəvan əməkdaşlığını alqışlayır

Xələfov Pakistan XİN rəhbəri ilə görüşdü

Azərbaycan ABŞ-la 907-ci düzəlişin ləğvini müzakirə etdi

Bayramov BƏƏ-nin XİN başçısı ilə danışdı

Prezident yeni səfirləri qəbul etdi - Foto

Tehranın Bakıya qarşı ritorikası: İran yenə “başladı”?

Qarabağdan gedənlər Azərbaycanla sərhəddən də köçür

Azərbaycan İranı əmin etdi: Hava məkanımız...

Köçəryan İranı Paşinyanı devirməyə çağırdı: Kremldən təlimat

Ermənistan əvvəllər bizim deyildi... - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla