Yuxarı

Rus ekspertlər: "Bakı hörmət ideologiyası təklif edir"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müxtəlif ölkələrin siyasətçiləri, alimləri, ictimai xadimləri Bakıda çoxqütblü dünyanın yaradılması prinsiplərini müzakirə edirlər.

AzərTac xəbər verir ki, IV Qlobal Bakı Forumu həqiqətən qlobal miqyaslı hadisədir. Hazırda Bakı Forumu müxtəlif ölkələrin siyasi, iqtisadi və mədəni sahələrdə qarşılıqlı fəaliyyəti ilə bağlı ən mürəkkəb məsələləri müzakirə etmək üçün ən nüfuzlu məkanlardan biridir.

Forumun işində iştirak edən Rusiya Dövlət Dumasının maliyyə bazarı komitəsi sədrinin müavini, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev əmindir ki, Azərbaycan dünyaya mühüm problemlərin həllini təklif edir. Özü də mücərrəd deyil, tamamilə konkret nümunələr əsasında. O deyib: "Azərbaycan əhalisinin 98 faizi müsəlman olan ölkədir. Amma əhalisinin müsəlman olması Azərbaycanın pravoslav kilsələri tikməsinə, sinaqoqları bərpa etməsinə mane olmur. Azərbaycanda rus dili ikinci dövlət kimi təsbit olunmayıb, amma bu fakt Azərbaycana rus dilində təhsili genişləndirməsinə, rus mədəniyyəti ilə maraqlanmasına və millətlərarası ünsiyyət dili kimi rus dilini qayğı ilə qoruyub saxlamasına mane olmur. Gələcək, xalqlar arasında münasibətlərə belə yanaşmadan asılıdır, indi bu, xüsusilə, aydın görünür. Sevindirici haldır ki, hazırda dünya məkanında mühüm rol oynayan Azərbaycan kimi güclü ölkə bu gün çoxqütblü dünya mövzusunda siyasi dialoqun təşəbbüskarı kimi çıxış edir".

Rusiya-Azərbaycan Dostluq Mərkəzinin direktoru Natalya Krasovskaya da hesab edir ki, IV Qlobal Bakı Forumunun əhəmiyyətini qiymətləndirmək çox çətindir: "Rusiya kimi Azərbaycan da qədim tolerantlıq ənənələri olan, multikulturalizm prinsipləri ilə yaşayan çoxmillətli ölkədir. Azərbaycan öz vətəndaşlarının müxtəlif dillərdə danışmaq, müxtəlif dinlərə etiqad etmək hüququnu həmişə tanıyan bir ölkədir. Nəticə göz qabağındadır: Azərbaycanda bu zəmində heç bir münaqişə yoxdur. Bakının bu ideologiyanı dünya birliyinə çatdırmaq missiyasını öz üzərinə götürməsi müasir şəraitdə çox mühüm və zəruri təşəbbüsdür".

Tarix
2016.03.11 / 22:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla