Yuxarı

İcra başçısının obyekti partladı - Yenilənir-8/Foto/Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İcra başçısının obyekti partladı - Yenilənir-8/Foto/Video

10:25

Bu dəqiqələrdə "Azadlıq" metrostansiyasının yaxınlığındakı "Şahənşah" Şadlıq Sarayının yanında yeni tikilidə qaz sızmasından partlayış baş verib.

"Axar.az"ın hadisə yerində olan əməkdaşının xəbərinə görə, kafenin və tikilinin qarşısındakı maşınlar ciddi xəsarət alıb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunublar. Xəsarət alanların olduğu bildirilir.

Bir qadının ciddi xəsarət aldığı və təcili-tibbi yardım maşınına qaldırılaraq, xəstəxanaya göndərildiyi müşahidə edilib.

***

10:41

Binəqədi Rayon İcra Hakimiyyətinin səlahiyyətlisi "Axar.az"ın əməkdaşına bildirib ki, partlayan bu böyük obyekt Binəqədi rayonunun keçmiş icra başçısı Alı Qocayevə məxsus tikilidir. Obyektin hansı məqsədlə ucaldıldığı bəlli deyil. Bir müddət əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun qərarı ilə obyektin tikintisinin tamamlanması dayandırılıb.

Əməkdaşımız qeyd edir ki, "Şahənşah" Şadlıq Sarayına güclü ziyan dəyib: havaya sıçrayan mişar daşlarının qırıntıları sarayın pəncərələrini qırıb. Yaxınlıqdakı bunaların pəncərələrinin də qırıldığı bildirilir.

Qeyd edək ki, tikili partlayışın təsirindən büsbütün çöküb.

***

10:52

"Metronun fəaliyyəti normaldır".

Bunu "Axar.az"a açıqlamasında Bakı Metropoliteninin Mətbuat Xidmətinin rəhbəri Nəzakət Tarıverdiyeva deyib.

O, baş verən partlayışın metroya aid olmadığını deyib: "Bu, "Azadlıq prospekti" metro-stansiyası yaxınlığında olub. Metroya heç bir aidiyyəti yoxdur. Metroya təsiri də müşahidə olunmayıb. Partlayışdan sonra insanlar elə biliblər ki, zəlzələdir. Amma sonradan səbəb aydınlaşıb. Hazırda metro öz normal iş rejimini davam etdirir".

Partlayışın təsiri əsasən Süleyman Sani Axundov küçəsindəki 1b və 3b binalarına hiss olunur. Həmin binalara ciddi ziyan dəyib.

***

10:59

Partlayış baş verən ərazinin yaxınlığında yerləşən "İstanbul" klinikasına hadisə nəticəsində xəsarət almış 4 nəfər orta yaşlı şəxs gətirilib. Onlardan birinə kəllə-beyin travması diaqnozu qoyulub.

Xəsarət alanların kimlikləri müəyyənləşdirilir.

***

11:04

"İstanbul" xəstəxanasından "Axar.az"a verilən məlumata görə, xəsarət alanlarlardan 2-nin şəxsiyyəti məlumdur. Bunlar 1961-ci il təvəllüdlü İbadova Afiyət və Ağayeva Səadətdir.

Səadət Ağayevanın partlayış baş verən an yaxınlıqdan keçən marşrut avtobusunda olduğu bildirilir. Partlayışın təsirindən sıçrayan daş avtobusun şüşəsini qıraraq ona dəyib. Hal-hazırda rentgen müayinəsindən keçirilir.

İbadova Afiyət isə üzünün sol nahiyəsindən II dərəcəli yanıq xəsarəti və sol alın nahiyəsinin travması ilə Musa Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.

11:25​

11:39

11:51

İlkin versiyalara görə, partlayışın qaz sızması nəticəsində baş verməsi söylənilsə də, uzun illər həmin ərazidə yaşayan sakinlərdən biri bildirir ki, partlayan yarımçıq tikilidə qaz xətti olmayıb. Başqa bir ehtimala görə isə, ola bilsin, tikiliyə qeyri-qanuni qaz xətti çəkilibmiş.

Tarix
2014.02.13 / 11:51
Müəllif
Faiq Balabəyli , Natiq Azəri
Digər xəbərlər

Mehriban Əliyeva bu sözlərlə xalqı təbrik etdi

Şahməddin Abdullayevə yüksək vəzifə verildi

Bu əməliyyat dünya tarixində görünməmiş hadisədir

Antiterror əməliyyatına Ermənistan müdaxilə etsəydi...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım

Erməni əsilli məhbusların hüquqları pozulur?

Bu, ərazi bütövlüyünün bərpasının təzahürü idi

Qarabağdakı qondarma rejimin özünü buraxan qərarı

Prezident Türkiyəyə yardım edən Sərvərdən danışdı - Video

ABŞ saziş bağladı, geri çəkilir - Türkiyə savaşa girir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla