Yuxarı

Danışıqları Prezident aparmır...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nə meyildir bu? Haradan qaynaqlanır? Kimlərdir bu cür düşüncə sahibləri?

Bilmirəm, amma sosial şəbəkədə "Əgər savaş dayanacaqdısa, o 70 əsgər niyə şəhid verilirdi? İndi o ailələrə nə cavab verəcəksiniz?" kimi əbləh düşüncənin mövcudluğundan çox narahat oldum. Ortada nəticə olduğu halda da bu cür düşünən hətta bir nəfər tapılırsa və buna etiraz şərhlərini oxumaq olmursa, cavab lazımdır.

Əvvəla, rəsmi olaraq verdiyimiz şəhidlərin sayı sosial şəbəkələrdəki qeyri-rəsmi ehtimallardan iki dəfə azdır. Amma məsələ o sayda deyil – lap 100 civarında da götürmək mümkündür. Yüz şəhid və Azərbaycanın işğal altında olan 20 faiz torpağının bir faizinin geri qaytarılması. Bir az kobud da görünsə, 20 faiz ərazimizin işğaldan hərb yolu ilə qayıtması üçün 2 min (lap 4-6 min olsun) şəhid verməyimizin tələb olunduğu məntiqi ortaya çıxır. 30 min şir biləkli oğul itirib, 20 faiz ərazisi işğal olunan və illərdir öz torpağında qaçqın, məzlum, gözükölgəli, utana-utana yaşayan millət üçün 100 şəhidlə torpağının bir faizini geri qaytarmağı bacarmasından ideal nə ola bilər?

Ortada 22 ildən sonra daddığımız, bütün dünyaya göstərdiyimiz bir QƏLƏBƏ var: dünya Qarabağı unudacağımızı, Zəngəzur, Mehri, Göyçə, Dərələyəz... kimi, zaman keçdikcə bu işğalla da barışacağımızı zənn edirdi. Üç günlük savaşla Azərbaycan ortaya qoydu ki, Ordu bununla barışmayacaq, hər şəhid gəldikcə onminlərlə gəncin gecəni də yatmadan ayaqda qalması, Qarabağ hayqırması və döyüşə getmək üçün can atması, minlərlə tələbənin öz universitet rəhbərliyinə təhsilini yarımçıq saxlayıb cəbhəyə yollanmaq müraciəti, köhnə döyüşçülərin Müdafiə Nazirliyinin qarşısında könüllülər siyahısında bircə pillə qabağa düşmək üçün sübh 7-dən növbə tutmaları və birdən ondan qabağa keçərlər deyə, saatlarla su içməyə belə ayrılmadan gözləməsi sübut etdi ki, xalq da bununla barışmır və barışmayacaq. Bunu hamı gördü – beynəlxalq qurumlar da, ermənilər də. Bütün millət bir anda "Ya şəhid, ya qazi" ruhunu ortaya qoymaqla Qarabağın onun üçün nə qədər müqəddəs olduğunu göstərə bildisə, bu "xaric səslər" haradan qaynaqlanır?

Hamı ölür! Yox, elə düşünməyin ki, qocalıb yataqda ölməyi və 70-80 illik ömrün belə qısa, mənasız olduğu həqiqətini filosofanə bir müdrikliklə demək istəyirəm. Heç üzümə patriotluq ifadəsi verib, potetik ritorikaya başlamaq niyyətim də yoxdur. Qətiyyən! Yaramaz həkimlərimizin səhlənkarlığından, ya yol qəzalarından yarıda qırılan ömürləri nəzərdə tuturam.

2016-ci ilin 3 ayı ərzində yol qəzalarında ölənlərin sayı nə qədər olub? Ölənlərin əksəriyyətinin gənclər, ailənin tək övladları olduğunu internetin imkanlarından istifadə etməklə öyrənə bilərsiniz. Bəs, həkimlərin tamahından nə qədər adam ölür? Bu statistikanı doğru-dürüst müəyyənləşdirmək olmasa da, hər halda, 3 ayın nəticəsi 70-dən az deyil, əmin ola bilərsiniz. Unutmayın ki, şəhidlərdən fərqli, bu ölənlərin heç birinin məzarı xalq ziyarətgahına çevrilmir!..

Bir də jurnalistlərin peşəkarlığı, politoloqların təmkinli və coşğulu açıqlamasına toxunmaq gərək. Hamısı nağıldır – hansı xüsusi peşəkarlıq göstərdik və yaxud göstəririk? Dörd gün vicdanımıza sarılıb, oyaq qaldıq – vəssalam! Biz heç qala kimi istehkamda o istehkam dağıdılmadan, o ərazi alınmadan, elə pulemyotlar arxasındaca güllə yarasından ölən erməni əsgərlərinin ermənilərin özünün çəkib yaydığı meyitlərini, atəşin pozulduğu yox, pozulmadığı Kəlbəcərdəki istehkamda "qəflətən ölən" erməni yaraqlılarını, işğaldakı yaşayış məntəqələrini ev-ev, məhlə-məhlə, kənd-kənd boşaldan erməni ailələrini göstərməmişik... Azad edilən, əsgərimizin qanının hələ qurumadığı torpaqlarda elə həmin əsgərin qoruması altında süjet hazırlamaq qəhrəmanlıq deyil, sadəcə, işdir.

Günün, ayın, ilin bir qəhrəmanı, bir qalibi var – Azərbaycan Ordusu və bu Orduya yazılmaq üçün növbəyə duran yüzminlər!

...Qalib gələn ordunun hücumu dayanmaz – bəllidir. Xalqın bu istəyini anlamaq çətin deyil. Ancaq indi 22 ildən sonra nəhayət ki, fərqli bir reallıq yaranıb. İndi Elmar Məmmədyarov aparmır danışıqları, onun dili ilə Azərbaycan Ordusu, Zakir Həsənov danışır; Daha danışıqları Prezident İlham Əliyev aparmır və demir ki, ermənilərə yüksək status verərik. Artıq danışıqları Ali Baş Komandan İlham Əliyev aparır və deyir ki, işğal etdiyiniz torpaqlarımızdan cəhənnəm olun!

22 ildən sonra diplomatik müzakirələrdə nəhayət ki, Ordumuz masa arxasındadır.

Gözləyin, danışıqları Ordu aparır – bu artıq siyasət deyil!

Tarix
2016.04.08 / 13:44
Müəllif
Anar Niftəliyev
Şərhlər
Digər xəbərlər

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Türkiyə ilə bağlı dəhşətli səhvimiz: sonra gec olacaq...

İlham Əliyev komanda verdi: Hazırlaşın!

Baş Prokurorluğun “tövsiyəsi”nin fəsadları...

Tvitter artıq yoxdur, dilçilərimiz isə indi "öskürüb" ayılıb...

Bakıdan Təbrizə açıq məktub: O kişi kimdir?

Ermənistan sürətlə böyüyür: Zəngəzurdan imtina edək!

Rus ekspert: Azərbaycanın daha 6 kəndi işğaldadır - Video

Biz kimi dəstəkləməliyik: İsrail, yoxsa HƏMAS? - Qalmaqal

Makron Əliyevə qarşı: nələr dedi və nə istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla