Yuxarı

Partlayışda zərər görən restoranın sahibi danışdı - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu işdə günahkar birmənalı olaraq Azəriqazdır".

Bu sözləri "Axar.az"a fevralın 13-də "Azadlıq prospekti" metro-stansiyasının yaxınlığında partlayan obyektlə yanaşı yerləşən "Şahənşah" restoranının sahibi Rəşid Süleymanov dedi.

"Mənə 47 mindən çox ziyan dəyib"

Restoran sahibi bildirdi ki, partlayış nəticəsində restorana 47 min manatdan çox ziyan dəyib:

"Partlayışdan sonra orada Fövqəladə Hallar Nazirliyindən, Binəqədi rayon Prokurorluğundan əməkdaşlar var idi. Mən də dedim ki, qardaş, mənə də ziyan dəyib, xahiş edirəm, ölçü götürün. Şikayətçi olduğumu bildirdim. Bununla yanaşı, özüm obyektin videosunu, fotosunu çəkmişəm. Və mənə dəyən ziyani hesablamışam. Haradasa, 47 min manatdan çox ziyan dəyib obyektə".

Obyektin sahibi üzə çıxmır

Rəşid Süleymanov partlayan obyektin sahibi ilə hər hansı bir razılaşmaya cəhd edib-etmədiyi sualına da cavab verdi:

"Deyirlər ki, tikilinin sahibi Binəqədi rayonunun keçmiş icra başçısı Alı Qocayevdir. Ancaq burada "Körpüsalan Xəlil" deyə biri var idi, o tikdirirdi obyekti. Sonradan yarımçıq qaldı. Sözün açığı, onu heç tanımırdım. Mən də o vaxt elə eşitmişdim. İndi sahibi bəlli deyil obyektin, özü ortaya çıxmır, obyekti ortalıqda qalıb".

"Yeganə günahkar Azəriqazdır"

Partlayışdan kimin məsuliyyət daşıdığına dair sualımıza restoran sahibi "Azəriqaz"ı suçlu gördüyünü bildirdi:

"Partlayan obyektin kimin olmasından asılı olmayaraq, bu işdə günahkar Azəriqazdır. Yerin altı ilə boruları aparıb. Sızırdı. Nəticədə partladı. Ancaq yenə də sızır. İki gündür hələ də buradan qaz qoxusu gəlir".

"Gələn həftə Bakı şəhər prokurorluğuna şikayət edəcəm"

Restoran sahibi həmçinin bildirdi ki, Azəriqazdan şikayətçi olacaq:

"İş artıq Binəqədi Rayon Prokurorluğundan Bakı Şəhər Prokuroluğuna verilib. Gələn həftə mənə dəyən ziyanın ödənilməsi ilə bağlı Bakı Şəhər Prokurorluğuna şikayət edəcəyəm".

Xatırladaq ki, "Şahənşah" bir müddət əvvəl istifadəyə verilmiş yeni şadlıq evidir və təqdimat mərasimi yenicə keçirilmişdi. Fevralın 13-də Binəqədi rayon, S.S.Axundov küçəsindəki 600 kv.m sahəsi olan yarımçıq tikilinin partlaması nəticəsində 4 nəfər yaralanıb, ətraf binalardan isə ən çox ziyan görən "Şahənşah" şadlıq sarayıdır.

Tarix
2014.02.14 / 16:49
Müəllif
Vüsal Tağı
Digər xəbərlər

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

Zakir Həsənov Pekində səfərdədir - Foto

Prezident Marta Kosu qəbul etdi - Foto

ABŞ-da Bakıya qarşı təxribatçı "düzəliş" - Foto

İrəvanda təşviş: bu sahələr Azərbaycanın nəzarətinə keçəcək

Əli Əsədov bu türk ölkəsində səfərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla