Yuxarı

İlham Əliyev iki rəsmi görüş keçirdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Fransanın Kann şəhərinin meri Devid Lisnardı qəbul edib.

Axar.az xəbər verir ki, Fransa şəhərləri ilə Azərbaycan şəhərləri arasında çox sıx əlaqələrin mövcud olduğunu vurğulayan Prezident İlham Əliyev Fransanın və Azərbaycanın 10-dan artıq şəhərinin qardaşlaşdığını və bu şəhərlər arasında yaxşı təmasların yaradıldığını məmnunluqla qeyd edib.

Ölkələrimiz arasında əlaqələrin də yüksək səviyyədə olduğunu vurğulayan dövlət başçısı regional əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığını deyib.

Kannın Fransanın gözəl memarlığa və infrastruktura malik şəhərlərindən biri olduğunu qeyd edən Prezident İlham Əliyev qonağın ölkəmizdə də maraqlı yerlərlə tanış olacağını əminliklə qeyd edib. Dövlət başçısı Fransanın Kann şəhərinin meri Devid Lisnardın ölkəmizlə və şəhərimizlə yaxından tanış olması üçün səfərin yaxşı fürsət yaradacağına ümidvar olduğunu bildirib.

Kann şəhərinin meri Devid Lisnard bildirib ki, Azərbaycana səfərinin məqsədi Fransanın Kann şəhəri ilə Qəbələ şəhəri arasında əməkdaşlığı genişləndirməkdir. Devid Lisnard Kannın kiçik bir şəhər olduğunu, lakin dünyada tanındığını vurğulayıb. O, Azərbaycanın öz inkişafını möhkəm zəmində formalaşdırmasının və öz mədəniyyətini dünyada təşviq etməsinin əhəmiyyətini qeyd edib.

Görüşdə mədəniyyət və təhsil sahələrində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Viqenini qəbul edib.

ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Viqenin Prezident İlham Əliyevə Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə təbriklərini çatdırıb və təşkil olunmuş rəsmi qəbulda iştirak etdiyini vurğulayaraq dövlət başçısının tədbirdə söylədiyi nitqin əhəmiyyətini qeyd edib. O, tədbir iştirakçılarının Prezident İlham Əliyevın nitqini böyük maraqla izlədiklərini deyib. Kristian Viqenin Prezident İlham Əliyevin atdığı addımların Azərbaycanın beynəlxalq arenada böyük nüfuz qazanmasına xidmət etdiyini vurğulayıb.

Prezident İlham Əliyev Azərbaycan ilə ATƏT Parlament Assambleyası arasında əməkdaşlıq məsələlərindən danışıb.

Söhbət zamanı Azərbaycan ilə ATƏT Parlament Assambleyası arasında əməkdaşlıq əlaqələri müzakirə edilib, bu əməkdaşlığın hazırkı vəziyyətinin məmnunluq doğurduğu bildirilib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti, son danışıqlar prosesi və münaqişənin həllinin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2016.05.27 / 17:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla