Yuxarı

VHP Cümhuriyyət bayramını qeyd etdi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

VHP Cümhuriyyət bayramını qeyd etdi

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) üzvləri 28 May -Cümhuriyyət günü ilə bağlı keçmiş Şin zavodunun həyətindəki Rəsulzadə heykəlinin önündə bayram aksiyası keçirib.

Partiyanın mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, aksiya bu gün saat 13:00-da baş tutub.

Tədbirdə VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli çıxış edib və Şərqin ilk demokratik respublikası – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, qısa vaxtda böyük uğurlara imza atmasından, ilk dəfə qadınlara seçim hüququ tanımasından, ordu quruculuğu və apardığı siyasi-hərbi mücadilədən danışıb:

"Təəssüf ki, AXC gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi və bolşeviklər tərəfindən devrildi. Sovet imperiyası Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Buna baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991-ci ildə Azərbaycan yenidən öz müstəqilliyini bərpa etdi".

Tədbirdə həmçinin VHP Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri Felmar Ələkbərli və VHP Ağsaqqallar Şurasının sədri Sabir Həsənov və gənc fəallar çıxış edib, Xalq Cümhuriyyətinin Azərbaycan tarixindəki rolu və mövqeyindən bəhs ediblər.

Tarix
2016.05.28 / 16:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nikol da “noyabra qədər” dedi: Bakının 3 tələbi…

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla