Ana səhifə Gündəm |
ATƏT-in Minsk Qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), Pyer Andrie (Fransa) və İqor Popov (Rusiya) Azərbaycan və Ermənistan XİN rəhbərləri Elmar Məmmədyarov və Edvard Nalbəndyanla 2 iyun görüşünün nəticəsi olaraq bəyanat yayıblar.
Axar.az erməni mediasına istinadla xəbər verir ki, bəyanatda bildirilir:
"Nazirlər Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə öhdəliklərini təsdiqləyiblər. Həmsədrlər ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səlahiyyətlərinin genişləndirilməsi haqqında kəşfiyyat mexanizmlərinin tətbiqi barədə ATƏT-in sənədlərini onlara təqdim edib. Nazirlər Azərbaycan və Ermənistan prezidentlərinin danışıqların növbəti raundunu iyunda keçirməyə razı olduqlarını bildiriblər".
Qeyd edək ki, həmsədrlərin açıqlamasında görüşün dəqiq vaxtı və yeri barədə məlumat verilməyib.
Tarix
2016.06.04 / 00:56
|
Müəllif
Pərviz Həsənov
|