Yuxarı

Şübhə yaradan məhz Ermənistan idi – Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyun görüşünün baş tutması o deməkdir ki, Vyana prosesi davam edəcək.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. Sabiq dövlət müşaviri Azərbaycan və Ermənistan prezidentlərinin gözlənilən iyun görüşü ilə bağlı danışıb:

"Bu görüş həm də ATƏT-in Minsk Qrupu dövlətlərinin xarici işlər nazirlərinin səylərinə bir hörmətdir. Çünki danışıqların baş tutmayacağı barədə şübhələri yaradan məhz Ermənistan tərəfi idi. Hesab edirəm ki, danışıqların baş tutması hələ sülhyaratma mərhələsinin başlaması demək deyil. Çünki bunun üçün ilkin mərhələdə böyük sülh sazişinin fundamental prinsipləri müəyyənləşdirilməlidir. İyun görüşü də məhz bunun əsasını təşkil edir. Azərbaycan üçün əhəmiyyətli olan ərazi bütövlüyü məsələsidir. Ermənistan isə hər addımında Dağlıq Qarabağın statusu məsələsini ön plana çıxarır".

Politoloq Dağlıq Qarabağ probleminin hazırkı və ən real həllinin məhz bu vacib şərtlə - erməni qoşunlarının Azərbaycan torpaqlarından çıxarılması ilə başlayacağını deyib:

"ABŞ Dövlət katibi Con Kerri, Avropa Şurası və Avropa Birliyi də bunu irəli sürüblər. Ermənilərin əsas planı müxtəlif torpaqlarda erməniləşdirmə-haylaşdırma siyasətini həyata keçirməklə bir çox xalqların milli özəllikərini məhv etdikdən sonra "Yeni Hayastan" layihəsini gerçəkləşdirməkdir. İyun danışıqlarında Ermənistan tərəfindən sıçrayış xarakterli razılaşmaların olacağını qətiyyən gözləməsəm də, danışıqlar prosesinin başlaması çox müsbət addımdır. Çünki yalnız belə olan təqdirdə müharibə variantı xeyli azalır. Düzdür, bu variantda Azərbaycan üçün xeyli üstünlüklər var. Ancaq Azərbaycan prosesin BMT qətnamələri daxilində sülh yoluyla həllin tərəfdarıdır".

Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), Pyer Andrie (Fransa) və İqor Popov (Rusiya) Azərbaycan və Ermənistan XİN rəhbərləri Elmar Məmmədyarov və Edvard Nalbəndyanla 2 iyun görüşünün nəticəsi olaraq bəyanat yayıblar. Bəyanatda bildirilir ki, nazirlər Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə öhdəliklərini təsdiqləyərək Azərbaycan və Ermənistan prezidentlərinin danışıqların növbəti raundunu iyunda keçirməyə razılıq verdiklərini bildiriblər.

Tarix
2016.06.06 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla