Yuxarı

Kürdlər yeni dövlət qurur: “Ölümsüz gəlin”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK-nın Suriya qolu olan PYD ABŞ-ın dəstəyi ilə Suriyada muxtariyyət elan etməyə hazırlaşır.

Publika.az xəbər verir ki, hazırda PYD-nin Münbiç şəhərinə hücumları davam edir. ABŞ şəhərə hücum edən dəstənin ərəblərdən ibarət olduğunu desə də, PYD-nin liderlərindən olan Mahmud ər-Rəş əməliyyata rəhbərlik edir. Hazırda PYD-nin şəhərin mərkəzinə çatmasına 1,5 kilometr qalıb.

PYD-nin Münbiç şəhərinin adını kürd dilində "ölümsüz gəlin" mənasını verən Mabuk adına dəyişdirdiyi, ələ keçirilən bölgələrdə demoqrafik dəyişiklik edərək, etnik təmizləmə ilə məşğul olduğu da bildirilir.

Münbiç şəhərinin bələdiyyəsi Münzir Əbu Sellel deyib ki, PYD Əbu Emced adlı Əsəd tərəfdarını şəhərə rəhbər təyin edib: "Artıq Münbiç Xalq Məclisi adında idarəetmə orqanı düzəldiblər. Tel-Abyad hadisələrinin burada da davam edəcəyi görünür. Yerli əhalinin evlərini əlindən alacaqlar və bölgə Kürdüstan layihəsinə daxil ediləcək".

Onun sözlərinə görə, şəhər əhalisinin cəmi 3 faizi kürdlərdir.

"Amma PYD əsas əhali olan ərəbləri köçürərək, kürdləri yerləşdirəcək", - o bildirib.

Tarix
2016.06.11 / 14:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edir

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla