Yuxarı

Pəhləvi ilə başlayan “Gelandevagen”: Zibilyığan...

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dördbucaq”, “qalik”, “köşk”, “budka”, “çemodan”, “soyuducu” və hətta “təkərlər üzərində tabut” - bunlar hamısı son günlər adını tez-tez eşitdiyimiz “Mersedes-Benz” G-klass seriyasından olan “Gelandevagen” avtomobilinə qoyulan qısa adlardır. Azərbaycanda da gənclərin sevimli avtomobili olan bu maşına son illər bütün dünyada maraq artıb.

Axar.az bu məşhur avtomobillə bağlı internet üzərindən kiçik araşdırma aparıb.

Belə ki, “Galendevagen” ilk dəfə 1979-cu ildə istehsal edilib. Alman sözü olan “Gelandevagen” 2 sözdən – “Gelande”- ərazi və “Wagen” - avtomobil sözlərindən ibarətdir. Azərbaycan dilində isə “yolsuzluq avtomobili” kimi tərcümə edilir. G-klass seriyasından olan bu avtomobilin tarixi 1975-ci ilə, İran şahı Məhəmməd Rza Pəhləvinin (o vaxt Mersedes-Benz konserninin əsas payçılarından biri idi) yeni yolsuzluq avtomobillərinin istehsalı barədə müqavilə bağlamasına dayanır.

Əl ilə yığılan yeganə avtomobil- Gelandevagen

Hazırda bu avtomobilin qiyməti 150-200 min manat dəyərindədir. Bir yolsuzluq avtomobilinin yığılmasına 10 gündən çox vaxt sərf edilir. Avtomobilin bu qədər baha olmasına səbəb də “Gelandevagen”in istehsalın əvvəlindən sonunadək əl ilə yığılmasıdır. Deyilənə görə, dünyada 1 milyon dollar dəyəri olan altıtəkərli zirehli G63 AMG də var ki, o, ən bahalı seriyalı “qalik” hesab edilir. Hətta sükanı sağ tərəfdə olan yolsuzluq avtomobili G-class da var. Hər şey kimi Çində və Hindistanda “Gelandevagenin” də klonları hazırlanır.

Dik divara qalxa bilən “qalik”

“Gelandevagen”ə ən çox üstünlük verənlər italyanlar və ərəblərdir. Hətta italyanlar üçün məxsusi olaraq “Gelandevagen” - G200- də istehsal edilir. Həmçinin dünyada üzən “Gelandevagen” də var. Onu da İtaliyadan olan həvəskarlar hazırlayıblar. Ərəb kaskadyorlar isə bu avtomobili iki təkər üzərində sürə bilmələriylə dünyada məşhurdur. 2008-ci ildə isə bir bolqar bu avtomobili reklam aksiyası çərçivəsində dik divara qaldıra bilib.

Narkobaronların avtomobili

Bir çox ölkələrdə “Gelandevagen” kriminal avtomobil obrazına malikdir. Hətta bəzi ölkədə bu avtomobili ancaq narkobaronlar istifadə edir. Həmçinin bəzi ölkələrdə də polislər G-class seriyasından olan “Gelandevagen” sürürlər. Hazırda dünyada “Gelandevagen” - zibilyığan, “Gelandevagen” - yanğınsöndürən və hətta “Gelandevagen” - katafalk (ölü daşıyan maşın) da var.

Hitlerin “Gelandevageni”

Bu əfsanəvi, olduqca maraqlı və çox cəlbedici yolsuzluq avtomobili olan “Gelandevagen”ə Arnold Şvartsneqer, Roma Papası, Tina Törner, Mixail Jvanetskiy, Maykl Duqlas, Bred Pit, Timati kimi məşhurlar sahibdir. Hətta Adolf Hitler üçün də eksklüziv “Mersedes-Benz” G4 hazırlanıbmış.

Tarix
2017.08.07 / 17:06
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla