Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
15 Noyabr 2018


BNA maarifləndirmə işlərinə başladı

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

BNA nəqliyyat vasitəsini qadağan olunan yerdə, səkidə, piyada keçidinin üzərində, fiziki imkanları məhdud şəxslər üçün nəzərdə tutulan pandusun qarşısında saxlayan sürücülərin maarifləndirilməsi üçün işlərə start verib.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Axar.az-a bildirib ki, yol hərəkəti haqqında qanunun müvafiq tələbini pozan bu cür sürücülərə qarşı inzibati tədbirlər nəzərdə tutulub. O deyib ki, müsbət nəticəyə nail olmaq üçün öncə geniş maarifləndirmə işləri aparılmalıdır:

“Sürücülərə digər hərəkət iştirakçılarına qarşı anlayışlı və son dərəcədə diqqətli olmalarının vacibliyi izah edilməlidir. Bakı Nəqliyyat Agentliyi bu məqsədlə geniş maarifləndirmə tədbirləri həyata keçirir.

Hazırda Bakı şəhərində parklanma siyasətinə yenidən baxılır. Dayanıqlı proqram təminatına söykənən avtomatlaşdırılmış sistemin qurulması nəzərdə tutulub. Bu istiqamətdə həm sərnişindaşımaya, həm də paytaxt nəqliyyatına təsir edəcək siyasəti təkmilləşdirmək niyyətindəyik. Əsas məqsədimiz vətəndaşa müasir, keyfiyyətli və ən əsası şəffaflıq prinsiplərinə əsaslanan xidmətin göstərilməsidir”.

Tarix
2018.09.08 / 16:07
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Загрузка...
Digər xəbərlər

Yük və minik maşınları üçün sabah qadağalar başlayır

Putin Parisə bu avtomobillə gəldi – Foto

Almaniya avtokonsernləri ABŞ-a qarşı: Bunu Rusiyaya etməyin

Nazirliklər bu maşınları satışa çıxardı - Ucuz

BNA parkinq xaosuna niyə son vermir? - Ekspert

Azərbaycanda avtomobil istehsalı rekord həddə çatır

Dizellə işləyən avtomobillər ucuzlaşa bilər - Video

Bu maşınların sürücüləri niyə cərimələnir?

Bakıda bu avtomobillər ucuzlaşdı

Azərbaycanda ilk: maşınların onlayn hərracı...

KULT
<>
Xəbər xətti
 
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla