Yuxarı

Prezidentin inauqurasiyasına 70 ölkə dəvətlidir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın yeni prezidentinin inauqurasiyası paytaxtdakı keçmiş parlament binasının arxasında keçiriləcək. "Axar.az"ın APA-ya istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə Gürcüstan xarici işlər naziri Maya Pancikidze deyib. Onun sözlərinə görə, mərasim üçün bu yerin seçilməsində məqsəd Rustaveli və ona bitişik küçələrin bağlanmamasıdır.

Nazir qeyd edib ki, inauqurasiya mərasimi prezident seçkiləri kimi Avropa standartlarına uyğun keçiriləcək. Mərasimdə iştirak etmək üçün 70 tərəfdaş ölkəyə dəvət göndərilib. Lakin Rusiya nümayəndə heyətinə dəvət göndərilməyib.

Pancikidze bildirib ki, mərasimə Mixail Saakaşvii, Eduard Şevardnadze və Gürcüstan parlamentinin bütün üzvləri dəvət olunacaq.

Xarici siyasət idarəsi rəhbərinin sözlərinə görə, tədbir sadə olacaq və ən başlıcası, baha başa gəlməyəcək. "Mərasimdə aviasiya, ağır texnika olmayacaq, yalnız Gürcüstan Müdafiə Nazirliyinin şəxsi heyəti iştirak edəcək. Tədbirdə Gürcüstanın himni səslənəcək və dövlət bayrağı qaldırılacaq".

Pancikidze qeyd edib ki, inauqurasiyada prezident and içəcək, sonra o, Qəhrəmanlar meydanına gedib Gürcüstan uğrunda həlak olan qəhrəmanların xatirəsini yad edəcək, ardınca Rustaveli teatrında konsert təşkil olunacaq. Sonda prezident xarici qonaqları qəbul edəcək.

İnauqurasiya mərasimi noyabrın 17-də saat 13.00-da başlayacaq.

Tarix
2013.11.05 / 00:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nikol da “noyabra qədər” dedi: Bakının 3 tələbi…

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla