Yuxarı

Erməni komandanlığının şok etirafı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin başçısı Arsrun Ovannisyan bu gün İrəvanda verdiyi açıqlama ilə Qarabağ müharibəsinin bir sıra gerçəklərini etiraf edib.

"Axar.az"ın "Anspress"ə istinadən verdiyi məlumata görə, Arsrun Ovannisyan deyib: "Ermənistan Qarabağdakı mümkün hərbi əməliyyatlara Rusiyanı cəlb etməyə ehtiyac duymur. Ermənistan Silahlı Qüvvələrinin imkanları istənilən qarşıdurma və istənilən döyüş tapşırığının yerinə yetirilməsi üçün yetərincədir".

Bununla da erməni məmur Qarabağda döyüş əməliyyatlarının məhz Ermənistan tərəfindən aparıldığını və Rusiyanı Azərbaycana qarşı müharibəyə cəlb etmək səlahiyyətinin də Ermənistanın əlində olduğunu etiraf edir. İndiyə kimi isə Ermənistan tərəfi Qarabağdakı müharibənin Ermənistan tərəfindən aparıldığını təkzib edirdi, işğalın Dağlıq Qarabağdakı erməni birləşmələri tərəfindən gerçəkləşdirilməsini vurğulayırdılar.

Lakin bununla belə Arsrun Ovannisyan Qarabağ müharibəsində Rusiyaya araxalandıqlarını da gizlətmir və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nizamnaməsinin 4-cü maddəsini yada salır. Yəni onun fikrincə, Rusiya həmin maddə əsasında Azərbaycan ərazisinə müdaxilə edə bilər. Həmin bənddə deyilir: "Öz fəaliyyətində Təşkilat ona üzv olmayan dövlətlərlə əməkdaşlıq edə bilər".

Yəni ermənilərin cılız və başıpozuq bir orduları olduğu halda, belə ürəkli danışmasının sirri açılır. Qarabağda istənilən müharibə başlanan kimi ermənilən Rusiyanın qapısında yataraq Qarabağ müharibəsinə qarışmasını istəyəcəklər.

Tarix
2013.11.06 / 00:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla