Yuxarı

"Erməni xalqı cinayətkar rejimin girovudur"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakıda Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun müəllifi olduğu “Xocalı soyqırımı: Səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” və “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” kitablarının təqdimat mərasimi keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə dövlət strukturlarının, akademik və təhsil qurumlarının, xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinin təmsilçiləri iştirak ediblər.

Hər iki kitabın elmi redaktoru Elçin Əhmədov deyib ki, ermənilər azərbaycanlılara qarşı zaman-zaman soyqırımı, etnik təmizləmə siyasəti aparıb: “Bununla bağlı ciddi faktlar mövcuddur. “Xocalı soyqırımı: səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” kitabı 8 dildə nəşr edilib, kitabda son iki əsrdə azərbaycanlılara qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti təhlil edilir. XX əsrin 80-cı illərinin ikinci yarısından başlayaraq, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və işğalçılıq siyasəti, o cümlədən 1988-1993-cü illərdə azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti elmi mənbələrə əsasən araşdırılır. Xüsusiə, XIX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı aktı bütün insanlığa və bəşəriyyətə qarşı ən ağır cinayətlrdən biri kimi qiymətləndirilir. Kitabda Xocalı soyqırımını tanınması ilə bağlı qəbul edilən sənədlər müxtəlif dillərdə verilib”.

O bildirib ki, “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” kitabında isə son iki əsrdə azərbaycanlılara qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin ayrı-ayrı mərhələləri araşdırılır: “Erməni millətçilərinin təcavüzkar siyasəti nəticəsində XX əsrdə azərbaycanlıların 4 dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə soyqırımı və etnik təmizləmələlərə məruz qalması mənbələrə əsasən təhlil edilir. Bu kitablar gələcəkdə mənbə bazası olacaq”.

Milli Məclisin deputatı, AMEA Qafqazşünaslıq İnstitutunun direktoru Musa Qasımlı deyib ki, 25 il əvvəl Xocalıda Ermənistanın dövlət siyasəti nəticəsində soyqırımı törədilib: “Professor Əli Həsənovun müəllifi olduğu hər iki kitabı Azərbaycan siyasət tarixində ciddi hadisə hesab edirəm. Kitablar mahiyyəti və konsepsiyasına görə bir-biri ilə sıx bağlıdır. Ermənilərin Azərbaycan torpaqlarında yerləşdirilməsi, ermənilərin xalqımıza qarşı törədilən cinayətləri sistemli şəkildə tədqiq olunub. Bu kitabların hər bir abzası ayrıca dissertasiya mövzusu ola bilər. Bu kitablara təxminən 3 milyard insan çata biləcək. Hesab edirəm ki, bu kitablar Azərbaycan prezidenti cənab İlham Əliyevin hücum taktikasını həyata keçirmək üçün ciddi vasitədir. İndiyə kimi bizim tariximizdə belə sanballı tədqiqat əsərləri çap olunmayıb”.

Türkiyənin Azərbaycandakı səfiri Ərkan Özoral qeyd edib ki, Əli Həsənovun müəllifi olduğu kitablarda ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətlər xəritələrlə, fotolarla dünya ictimaiyyətinə təqdim olunub. Səfir əlavə edib ki, kitablar dünya əhalisinin yarısına xitab edir: “Mən çox hörmətli Əli Həsənovun xarici siyasət sahəsindəki qiymətli fikirləri ilə çoxdan tanışam. Düşünürəm ki, hər iki kitab Azərbaycanın yaxın tarixini, ermənilərin Azərbaycana qarşı apardığı soyqırımı, etnik təmizləmə və təcavüzkarlıq siyasətini öyrənmək üçün qiymətli tədqiqat işidir”.
Milli Məclisin deputatı Çingiz Qənizadə kitablarda aparılan təhlillərin oxucunu yormadığını vurğulayıb: "Xocalıda törədilmiş soyqırımı faktlar və mənbələr əsasında öyrənilib. Kitablarda soyqırımı ilə bağlı beynəlxalq konvensiyalara istinad edilməsi beynəlxalq aləm üçün ciddi bir siqnaldır”.

Millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu qeyd edib ki, kitablar Azərbaycan xalqına qarşı törədilmiş etnik təmizləmə, o cümlədən Xocalı soyqırımının mahiyyətini, məzmununu dərk etmək üçün əyani bir vəsaitdir: “Hər iki kitab mövzu və ideya baxımından bir-birini tamamlayır. Kitablar beynəlxalq sənədlər toplusu kimi qarşımıza çıxır. Kitablar hazır bir ssenaridir, erməniçiliyi anlamaq üçün çox yaxşı bələdçidir. Kitablar əsasında çox yaxşı film də çəkmək olar. Akademik üslubda, həm də aydın şəkildə yazılan hər iki kitabın geoloji, beynəlxalq və ideoloji aspektlərini ayrı-ayrılıqda təhlil etmək olar. Kitablar milli yaddaşımız üçün çox əhəmiyyətlidir. İstifadə edilən mənbələr, qaynaqlar qeyri-azərbaycanlı mənbələrdir, erməni və rus müəlliflərinə istinad olunub. Bu da informasiyanın doğruluğu baxımından vacibdir”.

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyninin sözlərinə görə, professor Əli Həsənovun müəllifi olduğu kitablar elmi hadisə olmaqla yanaşı, həm də ictimai hadisədir: “Hər iki kitabda son 200 ildə ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətlər, ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi sistemli şəkildə tədqiq edilir. Hesab edirəm ki, bu kitablar istər Azərbaycanda, istərsə də xarici ölkələrdə stulüstü kitaba çevriləcək”.

Millət vəkili, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru Elman Nəsirov deyib ki, kitabın BMT-nin dillərində dünyaya çatdırılması unikal bir işdir: “Biz informasiya müharibəsinə cəlb edilmişik. Bugünkü informasiya müharibəsində ermənilər qarşısında bu iki kitab bizim ağır artilleriyamız kimi dəyərlidir”.

Sonda Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov çıxış edərək hamıya öz təşəkkürünü bildirib: “Bu kitablar Azərbaycan prezidentinin Xocalı soyqırımının 25 illiyi ilə bağlı imzaladığı fərmana müvafiq olaraq çap olunub. Hər iki kitabın mətni yığcam şəkildə 31 səhifədən ibarətdir, bu bir məqalədir. Bunların kitab halına salınması, 8 dildə tərcümə olunması isə xüsusi bir işdir. Bu kitablarda bizim dünya ictimaiyyətinə son 200 ildə ermənilərin başımıza gətirdikləri bəlalar haqda çatdırdığımız hədəflər 31 səhifədə əyani şəkildə verilib. Kitablarda xəritələr, digər sənədlər yer alıb. Kitabların ərsəyə gəlməsində buraxılışa məsul, AzərTAC-ın baş direktoru Aslan Aslanova və AzərTAC-ın kollektivinə, kitabların elmi redaktoru Elçin Əhmədova, vətəndaşlıq missiyası ilə tərcümə işini həyata keçirən Azad Akifoğluna təşəkkürümü bildirirəm. Biz Sasanilər, Əhəmənilər, Rusiya, Osmanlı, Monqol-tatarların əsarəti altında olmuşuq. Həmin dövrlərin xəritələri toplanaraq tərcümə olunub. Kitablar 8 dildə çap olunub. Dünyadakı 7 milyard əhalinin əksəriyyəti bu 8 dildən birini bilir. Kitablar elektron şəkildə buraxılacaq. Biz dünya ictimaiyyətinə demək istədiklərimizi yığcam, sistemli şəkildə kitablarda təqdim etmişik. Fürsətdən istifadə edib Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında göstərdiyi xidmətlərə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, Fondun vitse-prezidenti Leyla Əliyevaya öz təşəkkürümü bildirirəm. Leyla Əliyevanın rəhbərliyi altında “Xocalıya ədalət” kampaniyası çərçivəsində xarici ölkələrin Xocalı soyqırımını tanıyan bəyanatları, qətnamələri kitablarda əksini tapıb. Kitablar əsasında hazır bir mənbəşünaslıq bazası yaradılıb. Bu kitablar düşmənçilik, qisasçılıq aşılamır. Erməni xalqı özü də cinayətkar Ermənistan hakimiyyətinin girovuna çevrilib. Bu kitablarda sülh çağırışı var. Burada Cənubi Qafqaz xalqları arasında mehriban qonşuluq şəraitində yaşamağa çağırış var. Bununla belə, biz Xocalıda xalqımızın başına gətirilən soyqırımı heç vaxt unutmayacağıq. Azərbaycan prezidenti cənab İlham Əliyev Dağlıq Qarabağ probleminin həlli istiqamətində yorulmaz fəaliyyətini davam etdirir və bu məsələ tezliklə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaq”.

Tarix
2017.02.25 / 16:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edir

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla