Yuxarı

Dağlıq Qarabağ problemi o zaman həll olacaq ki...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ermənistanda ən kiçik piket və aksiyalarda belə provokatorların sayı adi normal insanların sayı ilə müqayisədə iki dəfə çox olur"

Tanınmış erməni hüquq müdafiəçisi Georgi Vanyan öz soydaşları arasında nadir şəxslərdəndir ki, Dağlıq Qarabağın Azərbaycanın torpağı olduğunu açıq-aşkar etiraf edir. Məhz son zamanlar baş vermiş hadisələr, ümumiyyətlə, Ermənistandakı vəziyyətlə bağlı onun fikirlərini öyrəndik.

"Qaraparak" qəzeti Rusiya Federasiyasının Ermənistandakı səfirinin parlament qarşısında çıxışı zamanı Dağlıq Qarabağ məhsullarının maneəsiz Gömrük İttifaqına daxil olacağını bildirib. Bununla da Qarabağın Gömrük İttifaqının bir parçası olacağını söyləyib. Bu, nə dərəcədə realdır?

- Putin Rusiyasının siyasəti provokasiya və şantaj üzərində qurulub. Əgər oyun qaydasız oynanılırsa, o zaman nəyin real, nəyinsə qeyri-real olduğunu söyləmək çox çətindir. Bu, istənilən halda Qarabağda yaşayan insanların problemlərini həll etməyəcək.

Ermənistan və Azərbaycan prezidentlərinin növbəti görüşündən hansı gözləntiləriniz var?

- Heç bir şey.

Necə düşünürsünüz, Dağlıq Qarabağ konfliktinin həlli nədən asılıdır?

- Problem Putin rejiminin Cənubi Qafqaz regionundan gedişi ilə həll olunacaq. Bu rejimdən xilas olmağa kömək edəcək ən kiçik addım belə Qarabağ konfliktinin həlli üçün irəliyə doğru atılmış addım olar.

Konfliktin həll modelini necə görürsünüz?

- Bu, çox çətin sualdır. Konfliktin həlli tarixin gedişindən asılıdır. Hazırda təbii olaraq Qarabağın kimə aid olması, onun statusu ilə bağlı sualların önəmi artır. Tarix göstərir ki, bütün ərazi münaqişələrinin həllinin tərəflər üçün hətta bir neçə məntiqi həll variantı var. Təəssüf ki, nə hökumətlərin, nə də ki, dünya ictimaiyyətinin konfliktin həllində heç bir marağı yoxdur. Bizim xalqların daxilində nə isə dəyişməlidir. Gərək daxildə yeni proses, mədəni inqilab, beyinlərin inqilabı başlasın. Putin və onun rejimi mütləq Qafqazdan getməlidir. Ümumiyyətlə, onlar Rusiyadan getsələr, daha əla olar.

Son zamanlar yenidən Ermənistan Türkiyə sərhədlərinin açılması fikirləri gündəmə gəlib. Sizcə bu, Ermənistanın inkişafına nə dərəcədə kömək edəcək?

- Türkiyə ilə sərhədlərin açılması Ermənistan üçün vacib məsələlərdəndir. Lakin hər şeydən əvvəl sosial-mədəni sferada əlaqələrin güclənməsi daha çox önəm kəsb edir. Mən erməni bazarının assimilyasiyası və ələ keçirilməsi haqqında ənənəvi söyləntiləri nəzərdə tutmuram. Nəzərdə tutduğum odur ki, Türkiyə ilə tam qonşuluq Ermənistan üçün sadəcə, azad nəfəs almaq deməkdir. Bu, həmçinin, Putin rejimindən azad olmaq üçün növbəti addım olacaq.

Hazırda Ermənistanda yaşayan ermənilər Qarabağ konfliktinin həlli ilə bağlı nə düşünürlər?

- Ermənistanda yaşayan insanlar Qarabağ konflikti ilə bağlı heç bir şey fikirləşmirlər. Düşünmək onların nəyinə lazımdır? Əsəblərini korlayıb depressiyaya düşmək üçünmü?

Ermənistandakı siyasi sistemə xalqın böyük etirazı olduğu sizin medianızdan da görünür. Sizcə, hakimiyyətlə xalq arasında davam edən bu mübarizə nə ilə bitəcək?

- Xalq sistemə yox, Ermənistan hakimiyyətində təmsil olunan şəxslərə nifrət edir. Xalq onların ağılsızlığına, qəddarlığına, ədalətsizliyinə, riyakarlığına nifrət edir. Amma hökumətlə mübarizə yoxdur. Mafiyanın bütün resursları və Putinin təmsilçiləri bu mübarizənin başlamaması üçün çalışırlar. Siyasi mərtəbədən danışmıram, orada rejimi dəstəkləmək üçün hər kəsin öz rolu var. Hazırda Ermənistanda ən kiçik piket və aksiyalarda belə provokatorların sayı adi normal insanların sayı ilə müqayisədə iki dəfə çox olur. İnsanları şantaj edir və yaxud nəyəsə məcbur edirlər. Bunların hamısının təhlükəsizlik işçilərinin nəzarəti altında keçirilməsi isə reallıqdır.

Tarix
2013.11.13 / 11:36
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla