Yuxarı

Bakıya görə İrəvanla... - Pakistan mətbuatı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanın “Elektion Tayms” qəzetinin xüsusi buraxılışı Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 13-cü Sammitində iştirakına həsr edilib.

Axar.az xəbər verir ki, buraxılışda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sammitdəki çıxışına, Azərbaycan-İƏT əlaqələrinə və ölkəmizin bu təşkilat çərçivəsindəki fəaliyyətinə geniş yer verilib.

Məqalədə qeyd olunur ki, Azərbaycan Prezidenti İlham Əliyev öz nitqində Azərbaycan və Pakistan arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrinin hər iki ölkəni birləşdirdiyini, qardaşlıq və həmrəyliyin göstəricisi kimi Azərbaycan ərazilərinin 20 faizini işğal etdiyinə görə Pakistanın Ermənistanla diplomatik münasibətlər qurmadığını vurğulayıb. Prezident, həmçinin 1992-ci ildə Ermənistanın azərbaycanlılara qarşı Xocalı soyqırımını törətdiyini diqqətə çatdırıb, Xocalı soyqırımını tanıdığına görə Pakistan Senatına, bu ölkənin rəhbərliyinə təşəkkürünü bildirib.

Prezident Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz və dərhal çıxarmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini, habelə İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, Qoşulmama Hərəkatı və digər mötəbər beynəlxalq təşkilatların müvafiq qətnamələrini xatırladıb, Ermənistanın sanksiyalara məruz qalmalı olduğunu diqqətə çatdırıb.

İslamofobiyanın ən ciddi təhlükələrdən biri olduğunu qeyd edən Azərbaycan Prezidenti Azərbaycanın müsəlman ölkələri arasında həmrəyliyə xüsusi əhəmiyyət verdiyini, 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edildiyini vurğulayıb.

Xüsusi buraxılışda verilən “Azərbaycan və İslam Əməkdaşlıq Təşkilatının 13-cü Sammiti” sərlövhəli məqalədə isə budəfəki Sammit çərçivəsində ticarət, enerji, turizm, sənaye, ətraf mühit və digər sahələrlə bağlı müzakirələrin getdiyi və birgə qərarların qəbul edildiyi diqqətə çatdırılır.

Müəllif Sammit çərçivəsində qəbul edilən “İƏT: Gələcəyə Baxış - 2025” sənədində üç əsas prinsipi – davamlılıq, inteqrasiya və əlverişli mühiti qeyd edir. Sammitin yekununda qəbul olunan İslamabad Bəyannaməsində isə regiondakı münaqişələrin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bölgədəki iqtisadi inkişafa və layihələrin tam gücü ilə həyata keçirilməsinə maneçilik törətdiyi vurğulanır.

Məqalədə Azərbaycan Prezidentinin Pakistana səfəri çərçivəsində bu ölkənin Prezidenti və Baş naziri ilə keçirdiyi görüşlərə də yer verilir. Baş nazir Məhəmməd Nəvaz Şəriflə keçirilən görüşdə İslamabad Bəyannaməsinin və “İƏT: Gələcəyə Baxış - 2025” sənədinin təşkilatın gələcək fəaliyyəti üçün yol xəritəsi olacağı qeyd edilir, həmçinin Azərbaycan-Pakistan iqtisadi əlaqələrinin mövcud potensialı əks etdirmədiyi, yaxın gələcəkdə bu əlaqələrin daha da inkişaf edəcəyinə böyük ümidlərin olduğu vurğulanır. Tərəflər 2017-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd olunması barədə də razılığa gəliblər.

Məqalədə Pakistanın Baş naziri Məhəmməd Nəvaz Şərifin Azərbaycan Prezidenti İlham Əliyevə Kəşmir məsələsindəki dəstəyə görə təşəkkür etdiyi, öz növbəsində Pakistanın da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindəki prinsipial mövqeyini davam etdirəcəyi diqqətə çatdırıb. Görüş çərçivəsində iki ölkə arasında enerji sahəsində əməkdaşlığa dair sazişin imzalandığı da bildirilir.

Müəllif Azərbaycan Prezidenti İlham Əliyevin Pakistanın dövlət başçısı Məmnun Hüseynlə görüşünə toxunur və görüşdə iki ölkənin Kəşmir və Dağlıq Qarabağ məsələlərində bir-birinə verdiyi qarşılıqlı dəstəkdən razılıq ifadə olunduğunu qeyd edir. İqtisadi əlaqələrin, eləcə də ticarət dövriyyəsinin genişləndirilməsinin vacibliyinin vurğulandığı diqqətə çatdırılır.

Tarix
2017.03.29 / 22:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rusiya XİN-dən Paşinyanın müharibə iddiasına reaksiya

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla