Yuxarı

Bunlar hələ də bilmir ki, "boykot" anlayışı nədir - Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın bütün sivil dövlətlərində olduğu kimi, Azərbaycanda da siyasi hakimiyyətə gəlməyin yeganə qanuni yolu seçkidir. Bundan kənarda atılan bütün addımlar hakimiyyətin zorla mənimsənilməsi, yaxud zorla mənimsənilməsinə cəhd kimi qiymətləndirilir.

Bu sözləri Axar.az-a açıqlamasında analitik Elçin Mirzəbəyli bəzi partiyaların 11 apreldə keçirilməsi nəzərdə tutulan prezident seçkilərini boykot etməsinə münasibət bildirərkən söyləyib. O bildirib ki, seçkilərdə iştirak etməməklə seçkiləri boykot etmək ayrı anlayışlardır:

“Azərbaycan müxalifətinin qaraguruhçu kəsimini təmsil edən bəzi siyasi qrupların seçidə iştirak etməmələrinə gəldikdə bu heç bir halda boykot sayıla bilməz. Sadəcə bu qruplar ən müxtəlif korporativ səbəblərdən seçkiyə qatılmırlar və maraqlarına siyasi don geyindirmək üçün seçki əleyhinə şüarlarla çıxış edirlər. Qaraguruhçuların “seçkilərin boykot edilməsi” adlandırdıqları özünütəcrid aksiyasının korporativ detallarına toxunmazdan öncə siyasi boykot anlayışının mahiyyətinə diqqət yetirək: Seçkilərin və ya referendumun boykot edilməsi seçicilərinin əhəmiyyətli hissəsinin seçkilərdə iştirakdan imtina etməsidir. Yəni seçkilərin boykot olunub-olunmaması özünü yalnız yekun nəticədə büruzə verə bilər. Seçki kampaniyası dövründə seçicilərin səsvermədən imtina etməyə çağırılması isə sadəcə seçki əleyhinə təbliğatdır, boykot deyil. Maraqlıdır ki, ömürlərinin əhəmiyyətli hissəsini aktiv siyasətdə keçirdiklərini və hazırda “seçkini boykot etdiklərini” bildirən adamların siyasətin ən bəsit anlayışlarından belə xəbərləri yoxdur. Boykot absentizmin bütün digər təzahürlərindən fərqli olaraq öz nümayişkəranəliyi və kütləviliyi ilə fərqlənməlidir”.

Politoloqun sözlərinə görə, hazırda seçkini boykot etdiklərini iddia edən kiçik qrupların davranışları, əslində, hüquqi baxımdan doğru deyil:

“Seçki Məcəlləsinə görə, Azərbaycanda yalnız referendum əleyhinə təbliğat qrupları yaradıla və hüquqi vasitələrlə referendum əleyhinə çıxış edilə bilər. Prezident, parlament və bələdiyyələrə seçkilərdə isə ölkə qanunvericiliyində belə mexanizmlər nəzərdə tutulmayıb. Seçki əleyhinə çıxışlar o zaman hüquqi xarakter daşıya bilərdi ki, həmin o qaraguruhçu qruplar seçkiyə öz namizədləri ilə qatılaydılar və qanunvericiliyin imkanlarından istifadə edərək prosesin gedişatına uyğun olaraq seçkiyə münasibətlərini ortaya qoyardılar. İndiki halda isə onların bütün davranışları, keçirdikləri kiçikmiqyaslı etiraz aksiyaları, internet resursları və sosial şəbəkələr üzərindən apardıqları kampaniyalar qanunvericiliyə ziddir və həm də bir neçə – “Siyasi partiyalar haqqında”, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunların, eləcə də Seçki Məcəlləsinin tələblərini kobud surətdə pozur.

Azərbaycanda prezident seçkilərində seçicilərin iştirakının minimum həddini müəyyənləşdirən məhdudiyyət yoxdur. Bu və ya digər şəxsin seçkilərdə qələbə qazanması seçicilərin iştirakına görə deyil, seçkidə səs verən seçicilərin səslərinin sayına görə müəyyənləşdirilir. Azərbaycanda seçkinin nəticələrinə yalnız və yalnız seçkidə iştirak etməklə təsir göstərmək olar. Bütün bunları nəzərə alsaq, qaraguruh müxalifət təmsilçilərinin seçki prosesindən kənarda qalmaqla seçkinin nəticələrinə hər hansı bir formada təsir etmək imkanları yoxdur. Bu baxımdan, boykot anlayışı ümumiyyətlə ortadan qalxır, seçkidə iştirak etməyən istənilən siyasi partiya özünü bütün leqal, hüquqi təbliğat imkanlarından məhrum edir, proseslərin arxasınca sürünmək məcburiyyətində qalır. Əslində seçkidə iştirak etməyən təşkilatı heç siyasi partiya hesab etmək də olmaz”.

Tarix
2018.03.13 / 09:13
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla