Yuxarı

Tarixi ədalət: Hələb Türkiyənin nəzarətinə keçərsə... - Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu iddianın gerçəkləşməsi üçün həm tarixi, həm də hüquqi əsaslar var.

Bu sözləri Axar.az-a Hələbin yaxın vaxtlarda Türkiyənin nəzarətinə veriləcəyi iddiasına münasibət bildirən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, etnik, coğrafi mənsubiyyətinə görə bu bölgələr türk bölgəsidir:

“Bu iddianın gerçəkləşməsi üçün tarixi əsaslar ondan ibarətdir ki, Suriyanın böyük hissəsi türkmənlərin və Kərkük türklərinin (azərbaycanlıların) yaşadığı ərazi olub. Hələb vaxtı ilə boyat qolundan olan türklərin yaşadığı və böyük hüquqlara sahib olduğu şəhərdir. Hətta İraq ərazisinə ABŞ hücum edən zaman da bu bölgələrlə bağlı ABŞ və Türkiyə arasında müəyyən səviyyədə razılaşmalar olmuşdu. Amma bunun parlamentdən keçməsi vacib idi. Burada əsas şərt o idi ki, Türkiyə ərazisindən İraqa hücumlar başlansa, onda Kərkük mahalı (vaxtı ilə Hələb Kərkük mahalının tərkib hissəsi olub) Türkiyəyə veriləcək. Amma çox təəssüflər olsun ki, Türkiyə parlamentindən bu keçmədi. O zaman parlamentdə 140-da çox deputatı olan kürdlər ətrafına da müəyyən qrupları toplayaraq, ABŞ qoşunlarının Türkiyə ərazisindən istifadə etməsinə icazə verməyən qanun çıxartdı. Bu da ABŞ və Türkiyə arasında böyük narazılığa səbəb olmuşdu. Kərkük ideyası da o zamandan gündəmdən çıxarıldı”.

Politoloq qeyd edib ki, bu iddianın reallaşması üçün hüquqi bazanı beynəlxaq təşkilatlar, dövlətlərarası razılaşmalar yolu ilə əldə etmək olur:

“Güman edirəm ki, indidən bu məsələni hüquqi əsasda həyata keçirsələr və Türkiyə şəhərin bərpasını öz üzərinə götürsə, bu, baş tuta bilər. Bu zaman türkmanların da böyük hissəsi Hələbə qayıda bilər. Bununla belə düşünürəm ki, Kərkükü də Türkiyənin nəzarətinə versələr, daha yaxşı olardı. Çünki Kərkükə kürdlər sonradan məskunlaşdırılıb. Az qala Bərzaninin başçılıq etdiyi İraq-kürd hökumətinin sərəncamına verilib. Ölkədə 5 milyona yaxın türkmanın yaşamasına baxmayaraq, onların çoxu artıq assimilyasiyaya uğrayaraq ərəbə çevrilib. Amma bütün bunlara baxmayaraq, indiki şəraitdə belə bir hadisənin baş verməsinə, tarixi ədalətin bərpa edilməsinə böyük ehtiyac var. Bunun uğurla həyata keçiriləcəyinə inanmaq istərdim”.

Qeyd edək ki, ötən gün Türkiyə mətbuatında Suriyanın ən böyük ikinci şəhəri sayılan Hələbin yaxın vaxtlarda Türkiyənin nəzarətinə veriləcəyi iddia edilib.

Tarix
2018.07.22 / 10:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla