Yuxarı

Nikolun rəqibləri birləşir: “prezidentliyə qayıdış" başlayır?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paşinyanın hazırkı davranışları göstərir ki, o kimlərsə tərəfindən idarə olunur.

Bu sözləri Axar.az-a açıqlamasında “Baku Netvörk” Ekspert Şurasının rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərov deyib. Ekspert bunun arxasında Paşinyanın Rusiyaya qarşı qoyulması amilinin dayandığını bildirib:

“Paşinyanın hazırkı davranışları göstərir ki, o, kimlərsə tərəfindən idarə olunur. Onun mənasız bəyanatlar verməsinin birinci səbəbi siyasi partiyasının olmamasıdır. Ancaq ikinci səbəb daha ciddidir. Belə ki, Paşinyanın məsləhətçiləri onu Rusiyaya qarşı qaldırmağa çalışırlar. Xaçaturov məsələsi bunun ən bariz nümunəsidir. Hətta Qərb ölkələri yaranmış bu fürsətdən istifadə edərək Ermənistanın əli ilə KTMT-ni içəridən dağıtmaq istədi. Düzdür, Nikol son günlər durmadan Rusiyaya meyilli olduğunu göstərməyə çalışır, ancaq bu, bir siyasi oyundur”.

Politoloq Ermənistanda seçkiqabağı vəziyyətin heç də ürəkaçan olmadığını deyib:

“Erməni mediası hər şeyi müsbət qələmə verməyi çox yaxşı bacarır. Ancaq siyasi mübarizə Paşinyan seçiləndən sonra da sabitləşməyəcək. Çünki əks tərəf Nikolu hakimiyyətdən salmaq üçün birləşəcək. Nəticədə Ermənistan yenidən qarışacaq”.

Ekspert buna görə də Paşinyanın seçkilərdən sonra Ermənistanı prezident üsul-idarəsinə qaytarmağa çalışacağını qeyd edib:

“Çünki Paşinyan hakimiyyətdə qalmaq istəyir və gələcəkdə parlament yolu ilə seçiləcəyinin çətin olacağını çox yaxşı başa düşür. Buna görə də o, ölkəni yenidən prezident üsul-idarəsinə qaytara bilər”.

Tarix
2018.12.08 / 08:15
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edir

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla