Yuxarı

İrəvan KTMT prinsiplərinə tüpürmüşdü: İndi nə dəyişdi?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan özü KTMT-nin üzvü ola-ola 1993-cü ildə digər KTMT üzvünün - Azərbaycanın (həmin vaxt KTM idi) ərazilərini işğal etmişdi. İndi Belarus və Qazaxıstanı KTMT-nin prinsiplərini pozmaqda ittiham edir.

Axar.az xəbər verir ki, bu sözləri Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədri Araz Aslanlı deyib. O bildirib ki, Ermənistanın yanaşması kifayət qədər qüsurlarla doludur:

“Həmin vaxt Kollektiv Təhlükəsizlik Müqaviləsini imzalamış dövlətlərdən biri digərinin ərazisini işğal edirdi və sazişin digər iştirakçıları buna qarşı heç nə etmirdi. Qəribə mənzərə yaranmışdı. Ermənistanın bu addımı KTM-nin və daha sonra KTMT-nin tarixinin ən ironik nöqtələrindən biri idi. Bu məqam Azərbaycan Prezidenti Heydər Əliyev və digər Azərbaycan rəsmiləri tərəfindən dəfələrlə qeyd edilib. Daha sonralar Azərbaycanın KTMT-də yer almamasının əsas səbəbi də məhz bu amil olub. Yəni Ermənistan bu işğalçılıq siyasəti ilə sadəcə beynəlxalq hüququn əsas prinsilərini deyil, eyni zamanda, KTMT-nin prinsiplərini də pozaraq, bu təşkilatın real regional ittifaq olmasının önündə də əsas maneələrdən biri olub”.

A.Aslanlının sözlərinə görə, Ermənistanın KTMT-dən Qarabağ problemi (Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı problemi) ilə bağlı gözləntiləri də qüsurludur və nə beynəlxalq hüquqa, nə də KTMT-dəki müttəfiqlik prinsiplərinə uyğundur:

“Azərbaycan işğal problemini həll etmək üçün dinc yola sonuna qədər sadiq qalacağını, amma sonsuza qədər dözməyəcəyini dəfələrlə bəyan edib. Azərbaycan öz ərazilərini işğaldan azad etmək məqsədiylə sərhədləri daxilində hərbi əməliyyatlara başlamaq hüququna malikdir. Azərbaycanın bu hüququna istinad edərək əməliyyatlara başlaması Ermənistan da daxil olmaqla, KTMT üzvlərinə heç bir müdaxilə hüququ vermir. Ermənistan KTMT-dəki müttəfiqlərini o halda kollektiv müdafiəyə dəvət edə bilər ki, Azərbaycan onun ərazilərini işğal etməyə çalışsın. Hazırda isə bu hal müzakirə mövzusu deyil”.

Analitik vurğulayıb ki, Ermənistanın KTMT ilə bağlı gözləntiləri bu ölkənin Rusiya Federasiyası ilə “xüsusi münasibətlərindən” qaynaqlanıb və uzun müddət Ermənistanda KTMT ilə bağlı arxayınlıq mövcud olub:

“Bu məqamı xüsusi qeyd etmək lazımdır. Amma 2016-cı ilin aprel döyüşləri Ermənistanın bu arxayınlığının əbəs olduğunu sübut etdi. KTMT-dəki sonuncu baş katib məsələsi isə arxayınçılığın narahatlıqla əvəz olunmasına səbəb oldu. Ermənistan narahat olmaqda haqlıdır. Amma bu narahatlığı ortadan qaldırmağın yolu beynəlxalq hüquqa və reallıqlara uyğun olmayan gözləntilər yaradaraq “miflər aləmində” yaşamaq yox, beynəlxalq hüquqa və normal qonşuluq münasibətlərinin ruhuna uyğun davranmaq, işğalçılıq siyasətindən əl çəkmək, problemlərin deyil, dinc şəraitdə birgə yaşayışın bir parçası olmaqdır”.

Qeyd edək ki, Paşinyan Sankt-Peterburqda Rusiyadakı erməni icması ilə görüşündə KTMT-dəki müttəfiqlərini təşkilatın prinsiplərinə sadiq qalmamaqla ittiham edib.

Tarix
2018.12.08 / 09:09
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla