Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 Noyabr 2018


İlham Əliyev 11 fərman imzaladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 11 fərman imzalayıb.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.

Fərmanda qeyd edilir ki, "Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 685 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 169; 2003, № 10, maddə 546; 2007, № 2, maddə 87; 2008, № 8, maddə 719; 2012, № 10, maddə 952; 2013, № 11, maddə 1333) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. səkkizinci abzasdan ", 83-cü maddəsinin ikinci hissəsində" və doqquzuncu abzasdan ", 83-cü maddəsinin birinci hissəsində" sözləri çıxarılsın;

1.2. on birinci abzasda "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti həyata keçirirlər" sözləri "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, suvarılan və meliorasiya olunmuş torpaqlara münasibətdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti həyata keçirirlər" sözləri ilə əvəz edilsin;

1.3. on yeddinci abzasdan "86-cı maddəsinin ikinci hissəsində," sözləri çıxarılsın;

1.4. iyirmi dördüncü abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda iyirmi beşinci və iyirmi altıncı abzaslar əlavə edilsin:

"həmin Məcəllənin 83-cü maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, təhlükəsizlik tələblərinə əməl olunması ilə bağlı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirirlər;
həmin Məcəllənin 86-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti həyata keçirir.".

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin".

Prezident İlham Əliyevin imzaladığı digər fərmanlar aşağıdakı kimidir:

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 769 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması Qaydaları"nda dəyişikliklər edilməsi barədə

X X X

"Yerin təki haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 27 aprel tarixli 701 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında

X X X

"Üzümçülük və şərabçılıq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 29 yanvar tarixli 667 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında

X X X

"Torpaqların münbitliyi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsinə dair əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 979 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

X X X

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 1 fevral tarixli 810 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

X X X

"Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 10 avqust tarixli 178 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

X X X

"Elektroenergetika haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 723 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

X X X

"Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 774 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

X X X

"Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Meşə Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 30 mart tarixli 693 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında

X X X

"Energetika haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 1 fevral tarixli 85 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

Tarix
2014.11.01 / 20:37
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Əliyevin Minsk səfəri Polşa mediasında - Foto

Prezidentin general rütbəsi verdiyi xidmət rəisi – Həyatı

Prezidentin yüksək vəzifə verdiyi Salayev kimdir?

Nazirlik DOST-un təqdimatını keçirdi - Foto

ABŞ, Azərbaycan və Gürcüstan birgə tədbir keçirdi

Ramil Usubov kollegiya iclası keçirdi - Foto

Əliyev-Lukaşenko görüşü: 45 dəqiqə əvəzinə...

Saakyana mane olacaq qanun: MM niyə qəbul etməyib?

İrəvan şokda: Qırıcı yoxdur, Bakı hücum etsə... – Rusiya mesajı

İvanişvili əhalinin kreditlərini sildi: Seçkidə kim udacaq?

KULT
<>
Xəbər xətti
 
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla