Yuxarı

Tağı Əhmədovun müavini: “Vicdansızlıq edirlər...”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Metropolitendən sökülən evlər barədə açıqlama

Xəbər verdiyimiz kimi, 7-ci mikrorayonda məcburi köçkünlərin də yaşadığı ərazidə Bakı Metropoliteni yeni tikintiyə başlayıb. Bununla əlaqədar sakinlər ərazidən köçürülür. Köçürülmə şərtləri isə qaneedici deyil. Bu barədə həmin ərazidə yaşayan sakinlər məlumat verib. Əsasən, məcburi köçkünlərin ünvanladığı həmin müraciətdə onlara torpaq təklif edildiyi bildirilir. Həmin sakinlər isə torpağın pulla əvəzlənməsini istəyir. Bununla bağlı açıqlama verən Tikilən Bakı Metropoliteninin rəisi, Bakı Metropoliteninin rəis müavini Arif Rəsulov bildirib ki, yeni deponun tikintisi üçün hazırlıqlar çoxdan başlayıb. 200-dən artıq sakinə kompensasiya verilərək ərazidən köçürülüb: "7-ci mikrorayon ərazisində yeni depo tikilir. Bununla əlaqədar olaraq, sakinlər ərazidən köçürülür. Yerli sakinlərə kompensasiya, burada sonradan məskunlaşmış məcburi köçkünlərə isə torpaq verilir".

O, nəinki köçürülmə şərti ilə razılaşmayanların, hətta kompensasiya məbləğindən narazı qalanların olduğunu etiraf edib: "30-dan artıq sakinlə işimiz məhkəmədədir. Bəziləri vicdansızlıq edir, daha çox qazanmaq istəyir. Məcburi köçkünlərlə də problemimiz var. Onlar da torpaq istəmirlər. Lakin bunu biz müəyyənləşdirmirik. Bu məsələ müxtəlif səviyyələrdə həll olunub. Hökumət bu cür qərar verib. Əvvəlcədən müəyyənləşdirilib ki, məcburi köçkünlərə torpaq, digərlərinə isə kompensasiya verilsin" (Aznews.az).

Tarix
2013.12.05 / 13:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış edir

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla