Yuxarı

Zakir Həsənov Bəhreyn Kralı ilə görüşdü - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəhreyn Krallığında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovu Bəhreyn Kralı Əlahəzrət Şeyx Həməd bin İsa Əl Xəlifə qəbul edib.

Axar.az Müdafiə Nazirliyinin rəsi saytına istinadən xəbər verir ki, Müdafiə naziri səmimi qəbul üçün Krala minnətdarlığını bildirərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamını çatdırıb, Bəhreyn xalqına daimi tərəqqi və rifah arzulayıb.

Əlahəzrət Şeyx Həməd bin İsa Əl Xəlifə öz növbəsində Müdafiə nazirini salamlayaraq Prezident İlham Əliyevə və Azərbaycan xalqına salamlarını çatdırmağı xahiş edib, ölkəmizə təkamül və inkişaf diləyib.

Bu cür səfərlərin ikitərəfli əməkdaşlığın möhkəmlənməsi, eləcə də xalqlarımız və ölkələrimiz arasında müxtəlif istiqamətlərdə təcrübə mübadiləsi üçün faydalı olduğunu vurğulayan Kral bütün səviyyələrdə, xüsusilə də hərbi və müdafiə sahələrində münasibətlərin genişləndirilməsinin tərəfdarı olduğunu bir daha qeyd edib.

Görüşdə regional və beynəlxal məsələlərə dair fikir mübadiləsi aparılıb.

Tarix
2014.12.26 / 18:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla