Yuxarı

Zahid Oruc Fəzail Ağamalıyla yanaşı oturmağı mümkünsüz sayır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fəzail Ağamalı: "Zahid Orucla indiki münasibətimizdən danışmaq istəmirəm"

"Milli Məclidəki yerimi dəyişsəm də, əvvəlki templə və daha yüksək iradə ilə Azərbaycan dövlətinə və millətinə xidmət etməyə davam edəcəm. Keçmişim və partiya mövqeyimin əleyhinə heç bir söz söyləməmişəm və bundan sonra da söyləmərəm".

Bu sözləri "Axar.az"a açıqlamasında millət vəkili Zahid Oruc Fəzail Ağamalı ilə aralarındakı soyuq münasibət ilə bağlı yazılanlara münasibət bildirərkən dedi. O, Ana Vətən Partiyasına tərcümeyi-halının böyük bir hissəsi kimi təşəkkür edəndən sonra parlamentin bugünkü iclasında Fəzail Ağamalıdan ayrı oturmağına da münasibət bildirdi:

"Partiyanın sıralarından azad olunduğumuz halda necə ola bilər ki, Milli Məclisin iclaslarında Fəzail Ağamalının yanında oturum? Belə də olmalı idi. Partiya sıralarından azad olunmaq müxtəlif siyasi məsələlərə baxışların fərqlənməsi demək idi. Belə də olmalı idi. Partiyadan çıxarılandan sonra nə etməli idim ki? Siz nə düşünürsünüz, partiya sıralarından çıxarılıb gəlib orda əyləşməli idim?"

Məsələ ilə bağlı Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı da öz fikirlərini açıqladı. Deputat bu mövzuda danışmaq istəməsə də, bir neçə cümlə ilə münasibət bildirdi. "Axar.az"a danışan millət vəkili dedi ki, Zahid Orucla düşmənçilik münasibətləri yoxdur, sadəcə olaraq yollarını ayırıblar:

"Əgər yollarımızı ayırmışıqsa, Zahid Orucu partiya sıralarından kənarlaşdırmışıqsa, parlamentdə ayrı oturmağımız normal bir haldır. Bu məsələ ilə bağlı geniş danışmaq istəmirəm. Özü bilər harda oturur. Zahid Orucla indiki münasibətlərimizlə bağlı nəsə demək istəmirəm".

Tarix
2013.10.22 / 17:17
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla