Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
24 Noyabr 2017


"Ermənistan regionun tərəqqisinə əngəl törədir"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın "Notizie Geopolitiche" xəbər portalı Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin müsahibəsini yayıb. Müsahibəsində XİN-in sözçüsü Azərbaycan-İtaliya münasibətlərindən, ölkəmizin beynəlxalq arenadakı mövqeyindən və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışıb.

Report xəbər verir ki, H.Hacıyev İtaliya ilə əlaqələrimizin qədim tarixə malik olduğunu, xüsusilə bu əlaqələrin siyasi, iqtisadi və mədəni sahələrdə sürətlə inkişaf etdiyini bildirib. Qeyd edib ki, Azərbaycan Avropa İttifaqı ilə əlaqələr çərçivəsində İtaliyanı mühüm tərəfdaşı hesab edir. Ölkəmizin birinci ticarət tərəfdaşı olan İtaliya ilə əməkdaşlıq əlaqələri genişlənməkdədir. Hazırda müxtəlif istiqamətlərdə, xüsusilə enerji sektorunda münasibətlərimiz yüksələn xətlə inkişaf edir. TAP layihəsinin reallaşması ilə bir sıra Avropa ölkələri, o cümlədən İtaliya ilə əməkdaşlığımız yeni mərhələyə qədəm qoyacaq.

Ölkəmizin əsas problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin uzun illərdən bəri həllini tapmadığını diqqətə çatdıran H.Hacıyev vurğulayıb ki, İtaliya hər zaman münaqişənin tənzimlənməsi istiqamətində aparılan danışıqlar prosesinə fəal dəstək verib. "İtaliyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi və qondarma "Dağlıq Qarabağ Respublikası"nı suveren dövlət kimi tanımaması faktlarını yüksək qiymətləndiririk. Bununla belə, Azərbaycan müvafiq məsələnin həllində Avropa İttifaqından, habelə İtaliyadan daha böyük səylər gözləyir. Ümid edirik ki, İtaliya BMT TŞ-nin problemin nizamlanmasına dair dörd qətnaməsinin icra olunmasında öz yardımını əsirgəməyəcək", – deyə o əlavə edib.

Dağlıq Qarabağ münaqişəsinin Cənubi Qafqazın, o cümlədən bütünlüklə Avropanın stabilliyi üçün böyük təhlükə mənbəyi olduğunu deyən H.Hacıyev BMT Təhlükəsizlik Şurasının Ermənistan işğalçı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasına dair dörd qətnaməsini bir daha xatırladıb. Bildirib ki, bu münaqişə nəticəsində ölkəmizin 20 faiz torpaqları işğal olunub, bir milyondan çox azərbaycanlı qaçqına və məcburi köçkünə çevrilib. Regional səviyyədə təhlil etsək, bu münaqişənin təkcə Azərbaycan üçün deyil, Ermənistan, eyni zamanda, bütün Dağlıq Qarabağ regionu üçün həm də ciddi sosial-iqtisadi problem olduğunu görərik.

XİN-in sözçüsü Azərbaycan-Gürcüstan əlaqələrini misal gətirərək deyib ki, ölkələrimiz sıx iqtisadi əməkdaşlıqdan faydalanır. Bu, bölgənin ümumi inkişafına müsbət təsir göstərir. Lakin təəssüflər olsun ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi regionun hərtərəfli tərəqqisinə əngəl törədir. O deyib: "Heç kim Avropa üçün strateji önəm kəsb edən Cənubi Qafqaz regionunda münaqişənin alovlanmasını istəməz. Bu hal Azərbaycanın tərəfdaşı olan Avropa ölkələri, habelə İtaliya üçün mənfi nəticələr yarada bilər. Bizim istədiyimiz ədalətin bərpa olunmasıdır. Azərbaycan Avropa İttifaqının dəstəyini yüksək qiymətləndirir, lakin bu dəstəyin təkcə sözdə deyil, əməldə də sübut olmasını istərdik. Avropa İttifaqının, o cümlədən İtaliyanın Ermənistanın Azərbaycan ərazilərini işğalı faktı ilə bağlı qəti mövqe nümayiş etdirmələrini ümid edirik. Azərbaycan problemin sülh yolu ilə həllində maraqlıdır".

Azərbaycan-Rusiya əlaqələri ilə bağlı sualı cavablandıran XİN-in mətbuat xidmətinin rəhbəri ölkələrimiz arasında müxtəlif sahələrdə yüksək səviyyəli əlaqələrin olduğunu, xüsusilə iqtisadi tərəfdaşlığımızın genişləndiyini vurğulayıb. Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olduğunu xatırladan H.Hacıyev bu ölkənin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində səylərini yüksək qiymətləndirib. Diqqətə çatdırıb ki, hərbi sahədə əlaqələrimiz bölgənin təhlükəsizliyinin təmin olunmasına yönəlib və bu istiqamətdə birgə layihələr həyata keçirilir.

H.Hacıyev İran ilə əlaqələrimizə də toxunub və bu ölkənin Azərbaycan ilə tarixi, dini və mədəni bağlarının olduğunu xatırladıb. Qeyd edib ki, ölkəmiz bütün dövlətlərlə, o cümlədən İran ilə əlaqələrini bərabərlik, qarşılıqlı hörmət əsasında qurur. Yüksək səviyyəli qarşılıqlı səfərlər bu münasibətlərin genişlənməsinə töhfə verir.
Xəzəryanı ölkələr arasında münasibətlərə aydınlıq gətirən XİN-in sözçüsü son illər əməkdaşlığın inkişafı istiqamətində keçirilmiş görüşləri təhlil edib. Bildirib ki, zəngin hidrokarbon ehtiyatlarına malik Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi, eyni zamanda, bölgədə sülhün hökm sürməsi qonşu dövlətlərin diqqət mərkəzindədir. Bu baxımdan ötən ilin sentyabrında Həştərxanda keçirilmiş Xəzəryanı ölkələrin dövlət başçılarının IV Sammitinin nəticələrini xüsusi qeyd etmək olar.

Tarix
2015.11.01 / 01:30
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Sərkisyan bu gün Qarabağ etirafı edəcək? - İrəvan şokda

Qərb Türkiyədən niyə bu qədər ehtiyat edir – Şərh

ABŞ uduzdu: Rusiya bu bölgəni ələ keçirdi

Türkiyə S-400-dən imtina edə bilər? – Sanksiya hədəsi

SOS: Türkiyəyə qarşı dağıdıcı plan...

Türkiyə Soçidə buna razılaşmağa məcbur oldu – Şərh

Sərkisyan dedi ki, azərbaycanlılar... - XİN sözçüsü

Rusiyadan növbəti Qarabağ açıqlaması

Xoşbəxt Yusifzadənin nazirimizlə bağlı – Xatirəsi

Lavrov-Sərkisyan görüşü: Kreml İrəvandan 3 rayonu istəyir

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla