Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
16 İyul 2018


Bakı buxtasında ruslarla döyüşün səhəri – 21 yanvar, 1990

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

əvvəli burada

Bu dəfə "Vosxod" "Sabit Orucov" gəmisi ilə əlaqəyə girdi. Bir hərbi katerin bazaya girməsi üçün icazə istədi. Kapitan Mövlud Əliyev aparılan kiçik məşvərətdən sonra hərbiçilərə Buxtaya girməyə razılıq verdi. Rusların dediyinə görə, hərbi kater növbəti xidmət vaxtından geri qayıdırdı.

96 nömrəli hərbi kater buxtaya daxil olub, hərbiçilərin bazasına doğru hərərkət edir. Lakin qəflətən bizim "Çiləkən-1" kran gəmimimizi atəşə tutur. Xoşbəxtlikdən xəsarət alan olmur. Milliyətcə rus olan gəmi aşpazı Nadejda Qonçarova efirdə Sovet ordusunu faşist ordusu adlandırır. Bu hadisədən sonra hərbiçilərə inam daha da itir.

Meyitləri dənizə tökmək üçün hərbi gəmilərə yığırlar

Bu dəhşət dolu hadisələr zamanı dənizçilərimizi yayındırmaq, təbdən çıxarmaq üçün ayrı-ayrı yerlərdən yanlış məlumatlar verilirdi. Lakin bütün verilən məlumatlar tərəfimizdən yoxlanılır, sonra qərar qəbul olunurdu. Hərbi dənizçilərin qərargahından 73-cü kanalla Azərbaycan dilində xəbərdə deyilirdi ki, meyitləri dənizə tökmək üçün hərbi gəmilərə yığırlar. Məlumat inandırıcı idi. Gecə Bayıla tərəf hərəkət edən hərbi yük maşınlarını biz də müşahidə etmişdik. Rusların törətdikləri cinayətin miqyasını azaltmaq istəyi idi bu. Heç vaxt buna imkan verməyəcəkdik.

Az keçmir ki, bir neçə hərbi gəmi buxtaya daxil olmaq istəyir. Bizim gəmilərin ən sürətlisi və güclüsü olanlardan bir neçəsi – "Neftqaz-3" "Neftqaz-10", "Neftqaz-18", "40 let VLKSM" gəmilərimiz döyüşə girirlər. "Taran" adlanan dəniz döyüşü hərbiçilərin məğlubiyyəti ilə başa çatır. Sonradan bizə məlum olur ki, bizə hücum edən hərbiçilərin hidroqrafik gəmisi ağır zədə alıb və bazaya qayıdıb. Hərbi gəmilər səhərə yaxın buxtadan çıxıb bazalarına məğlub durumda yan alsalar da, pulemyotlardan, avtomatlardan və kiçik raket qurğularından döyüşə atılan gəmilərimizin hamısına xəsarət yetirə bilmişdilər. Bu döyüşdə kapitanlarımız Gülağa Məcidov, Rövşən Dəmirov, Kərəm Məmmədov, Yulian Radçenko, Anatoli Semidedko və onların heyəti xüsusi ilə fərqləndilər.

Kapitan Kərəm Məmmədovun yaddaşında qalanlar:

- Yanvarın 21-ni qələbəylə qarşılayan dənizçilərimizi həmin gün admiral Sidorov qəbul edəcəkdi. Görünür, 20-sindən 21-inə keçən gecə hərbi gəmilərin Buxtaya – gəmilərimizə qəfil hücumu bizi sarsıtmaq, gözümüzü qorxutmaq və sabahkı görüşdə diqtə edən tərəf kimi çıxış etmək idi. Lakin axşamkı məğlubiyyətləri "qoca faşistə" yaman pis təsir etmişdi. Bizim kapitanlardan ibarət nümayəndə heyətimiz azərbaycanlı zabitin müşayiətilə hərbi katerlə Bayılda yerləşən hərbi–dəniz qərargahına gətirildi.

Rəhmətlik kapitan Kişi Mütəllimovla etdiyim söhbəti xatırlayıram. O, günləri belə xatırlayırdı:

- Bizi iki nəfər kontr–admiral qarşıladı. Hərbi limandakı durum müharibə vəziyyətini xatırladırdı. Körpünün hər iki tərəfində əllərində avtomat tutmuş, yanlarında it olan əsgərlər əmr gözləyirmiş kimi müntəzir dayanmışdılar. Həmişə fəxr etdiyimiz Sovet əsgərinin sifəti kinolarda gördüyümüz faşist əsgərlərinin üzü kimi qorxunc idi. Bizi körpüdə iki qara rəngli "Volqa" maşınına oturdaraq Hərbi qərargaha gətirdilər. Həyətdə əllərində ev əşyaları olan minlərlə qadın və uşaq yığışmışdı. İmkan tapıb sürücüdən bu camaat niyə bura toplaşdığını soruşduq ki, hara köçürlər belə? Cavab bizi heyrətə gətirdi:

"Hamısı rus zabitlərinin ailəsidir. Şəhərdə azərbaycanlılar onları qırır".

Onlar bizə əmr verirlər

Admiral Sidorov Moskvadan gəlmişdi. SOV.İKP-nin üzvü, SSRİ Müdafiə nazirinin müavini idi. Otaqda 3 kontr-admiral və bir-neçə yüksək rütbəli zabit var idi. Sidorov bizi bir-bir başdan-ayağa süzdü və acıqla soruşdu:

- Tələbiniz nədir?

Dənizçilərimizin tələblərini yazılı surətdə admirala verdik. O, müraciəti kontr-admirallardan birinə iyrənirmiş kimi uzatdı:

- Oxu, görək nə istəyirlər.

Kontr–admiral bizim tələblərimizi oxuyandan sonra:

- Bu, tələb deyil, əmrdir! Onlar bizə əmr verirlər,- dedi.

Şəhərdə öldürülənlərin sayını soruşduq.

Saymazyana "beş on nəfər ekstremist ölüb" deyən Sidorov harasa zəng etdi. Qısa danışıqdan sonra, "Dubinyak indi məşğuldur, mənə etibar edə bilərsiniz, sizin tələbləri şəhər komendantına çatdıracağam ",- dedi. Hiss edirdik ki, biz onların bu gün üçün nəzərdə tutulan hansısa planını pozuruq. Sidorov bizim hərbi qərargahı təcili tərk etməyimizi tələb edirdi. Elə biz də ölümlə üz-üzə dayandığımızın fərqindəydik. Sidorov bizə hədə-qorxu gələrək təxribata çəkirdi.

Xalqın ümid yeri – Bakı Buxtası

Artıq dənizçilər Qanlı Yanvar faciəsindən sarsılmış xalqın ümidini, itirilmiş inamını özünə qaytarmışdı. Xalq hərəkətının nümayəndələri, şəhər əhalisi dənizçilərimizlə əlaqə saxlayıb "Xalqın ümidi yalnız sizədir. Nə edirsinizsə, düz edirsiz. Belə də davam edin",- deyirdilər.

Qeyd eləmək lazımdır ki, dənizçilərimizin Bakı buxtasında Rus hərbi gəmiləri ilə ölüm-dirim savaşına çıxması, Sovet İttifaqının yüksək rütbəli hərbi elitası qarşısında tələblərlə iştirak etməsi o vaxtacan heç bir siyasi qurum və təşkilat tərəfindən təşkil edilməmişdi. Bu tarixi savaş "Xəzər Dəniz Neft Donanması"nın dənizçilərinin vətənpərvəlik hissindən irəli gəlmiş bir hərəkat idi. 1990-cı il yanvarın 20-dən 24-nə qədər Bakı buxtasında düşmənlə çarpışan dənizçilərimiz, sözün həqiqi mənasında əsl milli qəhrəmanlar idi.

Jazov dənizçilərimizlə görüş zamanı belə etirafı etmişdi:

"Mənim yeganə və kobud səhvim Bakı buxtasını nəzarətsiz buraxmağım və azərbaycanlı dənizçilərin belə döyüşkən olmasını bilməməyimdir. Bir hərbiçi kimi gərək bunu nəzərə alaydım".

Davamında:

- Gerçəkdənmi rus gəmiləri şəhidlərin meyitini dənizə töküblər?

- Ruslar kapitanlarımızı necə aldada bildi?

- Gəmilər necə güllə-boran edildi?

- Yazov zabit şərəfini ayaqlar altına atıb sözünün üstündə niyə durmadı?

- Azərbaycan gəmisinin rus millətindən olan kapitanı hərbçilərə nə dedi?

Tarix
2014.01.22 / 19:17
Müəllif
Faiq Balabəyli
Şərhlər
Загрузка...
Digər xəbərlər

İbrahimbəyli "Hüseyniyyun" dəstəsi yaradıb - Şok məlumat

Çökmüş yolun bərpasına başlanıldı - Video

Sadıqov: Gəncə hadisələrindən sonra növbəti mərhələ başladı

Pompeo və Mettis Bakıya gələrsə... – Gerisayım başladı

"Gəncə olayları din qiyafəsində terrordur"

Prezidentin bu səfəri onlara cavabdır - Millət vəkili

Ermənilərdən cəbhədə növbəti təxribat - Foto

İlham Əliyev Fransaya gedir

İtaliya prezidenti Bakıya gəlir

Nazir: Ciddi qanunsuzluqlar aşkarlanıb

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla