Yuxarı

Obamanın Əliyevi ABŞ-a dəvətinin səbəbi...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Obamanın dəvəti vacib hadisədir və iki dövlət başçısının üz-üzə görüşünə böyük ehtiyac var.

Bu barədə Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib. Siyasi şərhçi hesab edir ki, Amerika rəhbəri Azərbaycanın dövlət başçısından vacib və vəziyyətə köklü dəyişiklik gətirə biləcək imperativlər ala bilər:

"Ola bilsin, İlham Əliyevin nüvə təhlükəsizliyi ilə bağlı keçiriləcək zirvə görüşünə dəvət olunması Amerika isteblişmentində qıcıq doğurub. Bu kontekstdə bir məqamı nəzərə almaq vacibdir. Amerika siyasətini müəyyən edən Konqres və Senatdır. Məhz bu iki qurumda oturan siyasətçilər fəal lobbiçilik fəaliyyəti ilə məşğul olduqlarından bəzi ölkələri qara siyahıya almaqla Ağ Evə təsir göstərirlər. Anti-Azərbaycan cərəyanı da bəzi konqresmen və senatorların istəyindən qaynaqlanır. Prezident Obamaya gəldikdə isə o, partiya mənsubiyyətinə və siyasi məramına görə həqiqətən demokratdır. Rəsmi Bakı isə kifayət qədər praqmatik yanaşma sərgiləyir. Obamanın azərbaycanlı həmkarını ölkəsinə dəvət etməsi bunu bir daha təsdiqləyir. Lakin siyasi dairələrdə ermənipərəst, anti-islamçı qruplar, demokrat libaslı bəzi məmur siyasilər müstəqil xətt nümayiş etdirən ölkələrə qarşı tənbehedici kurs aparırlar. Bunun nəticəsidir ki, hazırda Amerika parlamentində Azərbaycana qarşı təzyiq kampaniyası yeridilir. Bu fonda iki prezidentin görüşü vacib rol oynayacaq. Ola bilsin ki, əyani söhbət əsnasında Amerika rəhbəri İlham Əliyevdən vacib və vəziyyətə köklü dəyişiklik gətirə biləcək imperativlər alsın".

Qeyd edək ki, ABŞ Prezidenti Barak Obama Prezident İlham Əliyevi IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edib.

Tarix
2016.01.08 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla