Yuxarı

Qaxda faciə: Arabanın altında can verdi - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaxda meşəyə çır-çırpı gətirmək üçün gedən kənd sakini dünən günorta saatlarında işini bitirib evinə dönərkən aşan arabanın altında qalaraq dünyasını dəyişib.

ARB xəbər verir ki, Qax rayon Qorağan kənd sakini 57 yaşlı Şahin Əliyev səhər saat 8 radələrində at arabası ilə birlikdə kənddən təqribən 3 km uzaqlıqda yerləşən meşəyə gedib.

Hər gün günorta nahara gələn Şahin Əliyev bu dəfə dönməyib. Qohumları narahat olduğundan həmin əraziyə yollanıblar. Onların qarşılaşdıqları mənzərə isə faciəvi olub. Mərhumun meyitini yaxınları çətinliklə də olsa, arabanın altından çıxara biliblər. Təqribən bir neçə saat ərzində həmin yerdən çıxmaq istəyən at da xəsarət alıb.

Hadisə yerinə rayon hüquq-mühafizə orqanlarının əməkdaşları baxış keçirib. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, mərhumun bir qızı, bir oğlu var.

Tarix
2017.03.15 / 21:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edir

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla