Yuxarı

Oğurluq cinayətinə görə cərimələr artırılır

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda oğurluqla bağlı cinayətə görə cərimələr artırılır.

APA-nın məlumatına görə, bu, Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) maddəsinə təklif edilən dəyişiklikdə əskini tapıb.

Maddənin birinci bəndinin (Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama) sanksiya hissəsində olan “500 manatdan 1000 manata qədər” cərimə “1000 manatdan 2000 manata qədər” cərimə ilə əvəzlənir.

Maddənin ikinci bəndinin (eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə, elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə, neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədildikdə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) sanksiya hissəsində isə “3000 manatdan 5000 manata qədər” cərimə “4000 manatdan 7000 manata qədər” cərimə ilə əvəzlənir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və aprelin 25-də müzakirəyə çıxarılacaq.

Tarix
2017.04.20 / 20:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla