Yuxarı

Bilik Fondu Niyyət Protokolu imzaladı - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə Abşeron Heydər Əliyev Mərkəzi arasında əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb.

Kult.az xəbər verir ki, Abşeron Heydər Əliyev Mərkəzində keçirilən imzalanma mərasimini giriş sözü ilə açan Bilik Fondunun Abşeron rayon nümayəndəsi Teyyubə Hüseynova Fondun rayon ərazisində həyata keçirdiyi layihələrdən danışıb, bu layihələrə əhalinin böyük maraq göstərdiyini deyib.

Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov ölkədə aparılan maarifləndirmə siyasətinin uğurlarından söz açaraq, Bilik Fondunun bu istiqamətdə böyük işlər gördüyünü, təmsil etdiyi icra hakimiyyətinin bu fəaliyyətə dəstək verməyə hazır olduğunu bildirib.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov ilk görüşün “Multikulturalizm ili”ndə baş tutduğunu və nəticədə Fondun dəstəyi ilə müxtəlif səpkili elmi, mədəni, kütləvi tədbirlər keçirildiyini xatırladaraq, “İslam Həmrəyliyi İli”ndə xarakterik tədbirlərin daha da intensiv olacağını deyib.

O.Səmədov bildirib ki, “İslam Həmrəyliyi Oyunları”nın qalib idmançıları ilə qəbul imtahanlarında yüksək bal toplayanların görüşünü təşkil etmək idmanla biliyin vəhdətinə töhfə verər.

Tədbirin ikinci hissəsində 2017-2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrinə imtahan verməyə hazırlaşan abituriyentlərin test imtahanlarına psixoloji cəhətdən hazırlığının təmin edilməsi məqsədi ilə Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri Elnur Rüstəmovun məktəblərin psixoloqları, müəllimlər, valideynlər və şagirdlərlə görüşü olub.

Bilik Fondu və Abşeron Heydər Əliyev Mərkəzinin təşkil etdiyi görüşdə təcrübəli psixoloq “Abituriyentlərin qəbul imtahanlarına psixoloji hazırlığı” mövzusunda seminar keçib, iştirakçılar psixoloji maarifləndirici slaydı izləyiblər.

Sonda birinci qəbul imtahanında 600-dən çox bal toplayan abituriyentlərə Bilik Fondunun “Ev kitabxanası” layihəsi çərçivəsində kitablar hədiyyə olunub.

Tarix
2017.05.23 / 15:07
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış edir

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla