Yuxarı

Kaliforniyada Novruz bayramı qeyd olundu - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Novruz bayramı münasibətilə martın 17-də Kaliforniyanın Los Anceles şəhərində geniş tədbir keçirilib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Kult.az-a verilən məlumata görə, Kaliforniya Azərbaycan Dostluq Assosiasiyasının (California Azerbaijan Friendship Association - CAFA) təşkilatçılığı ilə keçirilən tədbirdə 250-dən çox qonaq, o cümlədən Azərbaycan icmasının üzvləri, Kaliforniya ştat rəsmiləri, müxtəlif xarici ölkələrin Los Ancelesdəki baş konsulları, tanınmış elm və mədəniyyət xadimləri, jurnalistlər, həmçinin dost yəhudi, türk, Pakistan, İran, Koreya, və latino icmalarının rəhbərləri iştirak ediblər.

CAFA-nın icraçı direktoru Kimiya Məmmədova qonaqları salamlayaraq, Novruz bayramı, onun tarixi, ənənələri və mahiyyəti haqqında danışıb. K.Məmmədova Novruz bayramının Azərbaycanda çox qədim köklərə malik olduğunu, ölkəmizdə bu əziz bayramın çox geniş və təntənəli şəkildə qeyd edildiyini diqqətə çatdırıb. Kaliforniyada belə bir tədbiri keçirməkdən CAFA təşkilatı olaraq məmnunluğunu ifadə edən K.Məmmədova bu işdə dəstək göstərmiş bütün icma üzvlərinə dərin təşəkkürünü bildirib.

Sonra çıxış üçün söz Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevə verilib. N.Ağayev qeyd edib ki, Novruz bayramı sadəcə baharın gəlişindən və təbiətin oyanışından xəbər vermir. Diplomat vurğulayıb ki, bu bayram, həmçinin, sülhün, dostluğun, mehriban birgə yaşayışın carçısıdır. Baş konsul tədbirdə iştirak edən soydaşlarımıza səslənərək bildirib ki, bu gün dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlının yalnız bir müstəqil dövləti var. "Buna görə də, bu müstəqilliyimizin daha da güclənməsi üçün harada yaşamalarından asılı olmayaraq bütün azərbaycanlıların azərbaycançılıq ideyası ətrafında sıx birləşərək, Vətənimizin daha da inkişafına öz töhfələrini verməsi olduqca vacibdir" - deyə baş konsul qeyd edib.

Sonra Kaliforniya Ştat Senatoru Coş Nyuman, Los Anceles şəhərinin İnsan Resursları üzrə müvəkkili Amna Qazi və Los Anceles Dinlərarası Şurasının sədri Yepiskop Xuan Carlos Mendez çıxış edərək, Azərbaycan icmasına bayram təbriklərini çatdırıblar. Onlar ən müxtəlif etnik icmaların yaşadığı Kaliforniya kimi çoxmədəniyyətli ştatda Novruz bayramının qeyd edilməsindən və bu gözəl mərasimdə iştiraklarından məmnun olduqlarını bildiriblər. Azərbaycanın parlaq gələcəyinin olduğunu vurğulayan natiqlər qarşıdakı illərdə Azərbaycan xalqının daha böyük nailiyyətlərə imza atacağına inandıqlarını bildiriblər.

Tədbir Azərbaycan musiqisindən nümunələrin ifası və Azərbaycan mətbəxinin ləziz təamlarını əks etdirən ziyafətlə davam edib. Gənc musiqiçilər Röya Miriyeva və Rizvan Əliyev tərəfindən ifa edilən Azərbaycan mahnıları, Amerikalı rəqs ustası Robin Frendin ifa etdiyi “Tərəkəmə” və “Uzundərə” kimi Azərbaycan xalq rəqsləri, eləcə də Kaliforniyanın Örvayn Universitetinin amerikalı tələbələri tərəfindən “Sarı Gəlin” xalq mahnısı və “Bayatı-Şiraz” muğamı üzərində qurulmuş rəqsin ifası tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Tarix
2018.03.19 / 10:59
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla