Yuxarı

Nazarov: Daha yaxşı nəticələrimiz irəlidədir

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Üçüncü oyunumuzu keçirdik. Bəzi oyunçularımızın əhval-ruhiyyəsi aşağı idi. Bilmirəm, nəyə görə özünəinam hissini itirməliyik?

Report-un məlumatına görə, bunu Almaniyanın "Aue" klubunda çıxış edən Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarov "Braunşveyq"lə 1:1 hesablı heç-heçə etdikləri II Bundesliqanın III tur matçından sonra deyib. Vurduğu qolla komandasına ilk xalı qazandıran 27 yaşlı hücumçu əvvəlki qarşılaşmalarda da belə şanslarının olduğunu bildirib. O, ilk 2 turda xalsız qalmalarının səbəbini belə izah edib: "Bilirdik ki, yerlə uzun ötürmələrlə oynasaq, problemlərimiz arxada qalacaq. Amma iki fut hündürlükdən gələn ötürmələr zamanı havada heç nə udmaq olmaz. Biz də bunu nəzərə alaraq, çıxış etdik və şansımızdan yararlandıq. Qarşıda hələ bütöv mövsüm var. Daha yaxşı nəticələrimiz irəlidədir. Növbəti turda "Nürnberq"lə görüşdə 3 xal qazanacağıma ümidvaram".

24-cü dəqiqəsində künc zərbəsindən ötürülən topdan sonra nəzarətsiz qalan Nazarov birbaşa tora göndərib. Təcrübəli futbolçu məhz belə zərbələri sevdiyini vurğulayıb: "Məni tanıyan hər kəs bilir ki, geniş məkanda topla oynamağı sevirəm. Yüksəklikdə və ya arxası rəqibə tərəf oynamağı bacarmıram. Uşaqlar möhtəşəm iş gördülər".

Tarix
2017.08.19 / 18:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nikol da “noyabra qədər” dedi: Bakının 3 tələbi…

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla