Yuxarı

Portagizli hakim – yeni həmsədrdir!?

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Portagizli hakim Manuel De Souza azərbaycanlı futbolsevərlərin yaddaşından çox gec silinəcək, buna əminəm…

Bizim millətin bir Qarabağ sevdası var. İçimizdə Qarabağ yarası sızlamada. Ən kövrək yerimizdir Qarabağ. Zaman-zaman qara caynaqlar uzanıb, parçalamaq istəyiblər, qana bulanıb, sağ qalıb, yaşayıb.

Qarabağ indi də sağdır, amma düşmən caynağındadır. Düşmənin caynaqları o qədər də möhkəm deyil, bir dəfə silkələnsə, o caynaqları qırmaq mümkündür.

Amma mümkün deyil. Ayaqlardan buxov asılıb, nəfəsi kəsilib, havasızlıqdır. Yad caynaqların havadarları çox güclüdür. Özlərini dost kimi qələmə verirlər, süfrəmizin başında otururlar, əl uzadırlar, üzümüzə gülümsəyirlər… amma imkan vermirlər ki, əlimizi torpağımıza tərəf uzadaq, addımlarımızı o tərəfə ataq, torpağımızı azad edək.

Kimlər saqqal tərpətməyib, vasitəçilik etməyib, ərazi bütövlüyümüzü tanımayıb… Kimlərə “böyük qardaş” deyib hörmətində dayanmamışıq? “Böyüksüz yerdə oturma”, - deyib babalarımız. O “böyüklər” olmayanda mentalitetdən irəli gələn xarakterimizin əsiri olmuşuq, gözləmişik ki, gəlsinlər, sonra oturub sözümüzü deyərik. Böyüklər olanda isə oturmağa qoymayıblar.

Yuxarı baxırsan bığ Rusiya, aşağı baxırsan saqqal İran: hələ bunun böyür-başı da var - Avropa, ABŞ … hamısı bir ovuc olan erməninin başını tumarlamada… Yaraya düz səpirlər.

Ürəyimizə təskinliyi ancaq “Qarabağ”ın uğurları gətirirdi. Biz uduzmağı bacarmırıq. Boynumuza qoyurlar… “Uduzmalısan”, - deyirlər.

Elə dünən portagizli Manuel De Souza da bunu etdi. Qosqoca “Çelsi” ilə yeniyetmə “Qarabağ”ın “döyüşündə” din qardaşlarının yanında dayandı. Qapımıza top zərbəsi endirtdirdi, müdafiəçimizi meydanından uzaqlaşdırdı. Psixikamıza təsir etdi… Utandımı? İnanmıram. Onlar qəsbkarın yanında dayanmağı sevirlər.

Bəzən sual edirlər, niyə Qarabağı ermənilərə uduzdunuz? Deyirəm, deyirik, deyəcəyik, biz uduzmamışıq, sadəcə, “hakimlər” bizi döyüş meydanından çıxarır, qapımıza zərbələr təyin etdirir: amma döyüş bitməyib, davam edir...

Dünən portagizli Manuel De Souza etdiyi azərbaycanlı futbolsevərlərin yaddaşından çox gec silinəcək... Yoxsa o, ATƏT-in Minsk Qrupunun yeni həmsədridir, xəbərimiz yox…

Tarix
2017.11.24 / 00:41
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış edir

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla