Yuxarı

"Neftçi" bəyanat yaydı: Narahatıq

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Neftçi” klubu bəyanat yayıb.

Axar.az klubun saytına istinadən xəbər verir ki, mətbuatda yazılan transfer xəbərləri rəhbərliyi narahat edib.

Bu səbəbdən “ağ-qaralar” bəyanat yayaraq, həmin məlumatların həqiqətə uyğun olmadığını bildirib.

Bəyanatda deyilir: “Son vaxtlar kütləvi informasiya vasitələrində "Neftçi” PFK-nın transfer siyasəti ilə bağlı həqiqətə uyğun olmayan çoxsaylı xəbərlərə rast gəlinir. Bəzi KİV nümayəndələri klubumuzun adından sui-istifadə edir, müxtəlif futbolçuların "Neftçi” PFK ilə anlaşdığı haqda dezinformasiyalar yayır.

"Neftçi” PFK tək transfer deyil, bütün məsələlərdə müvafiq qanunlar çərçivəsində hərəkət edib, futbolçunun və onun məxsus olduğu klubun haqlarını pozmayıb və bundan sonra da prinsiplərini dəyişməyəcək.

Transfer çalışmalarında hər hansı yeniliklə bağlı klubun rəsmi şəxslərindən və mənbələrindən məlumat almağınız tövsiyə olunur”.

Tarix
2018.04.25 / 22:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla