Yuxarı

Bitkoinin qiyməti ilə bağlı şok proqnoz: 10 000 dollar...

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Perspektivdə dünya bazarında bitkoinin qiyməti 10 000 dolları həddini də ötəcək.

Report xəbər verir ki, "CNBC" telekanalının 23 118 respondent arasında apardığı sorğudan sonra bu nəticəyə gəlinib.

Analoji proqnozlar bazar iştirakçıları tərəfindən də verilir. Belə ki, bitkoin treyderlərindən olan Mayk Novoqratsa (Mike Novogratz) görə, "kriptovalyutaların qiyməti "köpük" səviyyəsinə qədər yüksələcək. Bundan mənfəətlə istifadə etmək lazımdır".

"Unutmayın ki, "köpük" əsasən dünyanı fundamental şəkildə dəyişən sahələrində baş verir. Tarixdə dəmir yolları səhmlərində, internet şirkətlərində "köpük" yaranıb və bunlar dünyada dəyişiklik yaradıb",- deyə Novoqrats bildirib.

Lakin kriptovalyutalara mənfi yanaşanların da sayı az deyil. ABŞ-ın "JPMorgan Chase" bankının rəhbəri Ceymi Daymon (Jamie Dimon) hesab edir ki, kriptovalyuta böyük bir "dələduzluq"dur. Daymon bildirib ki, öz şirkətində bitkoinlə ticarət edən bankiri işdən qovacaq.

Qeyd edək ki, bitkoinin qiyməti ilin əvvəlindən 6 dəfə bahalaşaraq 6 095 dollara çatıb.

Tarix
2017.10.21 / 14:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nazirlərin mümkün görüşünə İrəvandan reaksiya

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış edir

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla