Yuxarı

Dollarla əmanətə görə faiz kəskin azaldı – Səbəb

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Mərkəzi Bankı (AMB) xarici valyuta ilə yerləşən depozitlərin orta illik faiz dərəcəsinin bu il fevralın 1-nə 2,92% təşkil etdiyini açıqlayıb. AMB-nin aylıq hesabatına görə, bu, məlumatların açıqlandığı 2003-cü ildən indiyə qədər qeydə alınmış ən aşağı faiz dərəcəsidir.

Məsələ ilə bağlı Axar.az-a danışan keçmiş maliyyə naziri, professor Fikrət Yusifov bildirib ki, bu, düşünülmüş surətdə aparılan siyasətin nəticəsidir. Manatın iki kəskin devalvasiyasından depozitlərin xarici valyutada yüksək faizlərlə cəlb edilməsi praktikasının yanlış olduğunu anlayan banklar bu depozitlərə görə faiz ödənişlərini bir neçə dəfə azaldıblar:

“İndi xarici valyutada yerləşdirilən depozitlərə görə banklar əsasən 0,5 - 3,0 faiz həddində illik ödəniş təklif edirlər. Devalvasiyaya qədər bu rəqəm bəzi banklarda hətta 12 faizə qədər yüksəlmişdi. Xarici valyutaya daha çox ehtiyacı olan bəzi banklar isə devalvasiyaya qədər olan dönəmlərdə bu əmanətləri cəlb etmək xatirinə, depozitlərə görə ödənişləri hətta 14 faizə qədər yüksəltmişdi.

2016-cı ildən etibarən bu siyasət dəyişdirilməyə başladı. Banklar xarici valyutada yerləşdirilən əmanətlərə görə faiz ödənişlərini kəskin azaldaraq, milli valyutada yerləşdirilən depozitlərə görə faiz ödənişlərinin dərəcəsini artırdılar. İndi manatla olan əmanətlərə görə banklar 13-15 faiz, uzunmüddətli əmanətlərə görə isə hətta 19 faizə qədər ödəniş etmək öhdəliyi götürürlər”.

Ekspertin sözlərinə görə, bu siyasət son iki ildə banklarda yerləşdirilən əmanətlərin valyuta strukturunda ciddi dəyişikliyə səbəb olub:

“Əgər 2016-cı ilin yanvar ayında əmanətlərin 82,2 faizi xarici valyutada idisə, cari ilin yanvar ayında bu rəqəm 73,7 faizə qədər azalıb. Bu siyasət bütövlükdə bank sisteminin xarici valyutadan asılılığının aradan qaldırılmasına müsbət təsir edəcək. Manatın məzənnəsinin son dönəmlərdə sabitlik nümayiş etdirməsi əhalini manatla əmanətlər yerləşdirməyə daha çox həvəsləndirir. Elə bunun nəticəsidir ki, son aylarda banklarda manatla yerləşdirilən əmanətlərin həcmi artmaqda davam edir”.

Tarix
2018.03.10 / 09:08
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla