Yuxarı

Rus milyarderlər pullarını niyə Rusiyaya qaytarır? - Ekspert

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı iş adamlarının öz aktivlərini təcili şəkildə yerli banklara köçürməsi əslində məcburiyyətdən doğan addımdır.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib. Ekspert bildirib ki, Rusiyaya qarşı sanksiyalar rejiminin sərtləşməsi və ABŞ-Rusiya əlaqələrinin getdikcə daha da kəskinləşməsi rus milyarderlərin xaricdə olan aktivlərinin gələcəkdə problemlərlə qarşılaşacağından xəbər verir:

“Yəni onların hesabları dondurula və müəyyən araşdırmalar nəticəsində çirkli və korrupsiya yolu ilə əldə edilmiş pullar kimi dəyərləndirilib, əl qoyula bilər. Bunun baş verməməsi üçün də rusiyalı milyarderlərin bəziləri xaricdə olan aktivlərinin Rusiyaya geri qaytarılması ilə bağlı qərar veriblər. Rusiyalı iş adamlarının öz aktivlərini təcili şəkildə yerli banklara köçürməsi əslində məcburiyyətdən doğan addımdır. Bunlar gələcəkdə adları ABŞ-ın sanksiya siyahısında çıxmaq ehtimalı yüksək olan Kremlə yaxın iş adamları və oliqarxlardır”.

İqtisadçı buna baxmayaraq, Rusiyadan kapital axınının artdığını bildirib:

“Bu ilin yanvarından Rusiyadan təqribən 80 milyard dollara yaxın vəsait çıxarılıb. Bu vəsaitlərin böyük əksəriyyəti müxtəlif iş adamları və xarici sərmayəçilərin Rusiyadan çıxardıqları aktivlərdir. Onlar gələcəkdə Rusiyada problemlərlə qarşılaşa biləcəklərinə görə belə bir qərar veriblər. Burada ikitərəfli vəsait axınının, şəxsi və gələcək maraqlara uyğun davranış qaydalarının şahidi oluruq. Rusiyaya geri qaytarılan pullar xaricdə dondurulma ehtimalı olan vəsaitlərdir. Ancaq Rusiyadan kapital axını gələcəkdə sanksiyaların daha da sərtləşməsi fonunda bu ölkədən çıxarılan vəsaitlərdir. Yəni hazırda qarşılıqlı proses gedir”.

Ekspert qeyd edib ki, sanksiyaların genişlənməsi Rusiya kapitalının, əsasən də Kremlə bağlı iş adamlarının aktivlərinin dondurulması ilə bağlı ciddi qərarların qəbul olunma ehtimalını da artırır:

“Bu ayın sonunda Nyu Yorkda keçiriləcək BMT sammiti çərçivəsində diskussiyalardan biri də çirkli pulların yuyulmasının qarşısının alınması ilə bağlı olacaq. Bu istiqamətdə sərt qərarların verilməsi gözlənilir. Hətta çirkli pulların yuyulmasının, ofşor zonalar və ya Qərb bankları vasitəsilə əməliyyatların gizliliyinin aradan qaldırılması ilə bağı ilkin qərar qəbul oluna bilər. Bu qərarın qəbul olunmasına qədər də bəzi rusiyalı iş adamları vəsaitlərini Rusiyaya geri qaytarmağa çalışır”.

Qeyd edək ki, “Blumberq” ABŞ-ın tətbiq etdiyi yeni sanksiyaların rusiyalı iş adamlarını öz aktivlərini təcili şəkildə yerli banklara köçürməyə məcbur etdiyini bildirib. Nəşr hətta bir çox rus milyarderin ticarət hesablaşmalarında dollardan imtina edərək, daha əlverişli valyuta axtarışına başladığını qeyd edib.

Tarix
2018.09.24 / 14:12
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla